Çaqqal – çaqqal yuxuda nankor, rəhmsiz və zalım bir mövcudu bildirir. Çaqqal ilə döyüşmək bir yaradılışa ilişmək, çaqqal tutmaq düşmənə əl qatmaq deməkdir.
Çeşmə – çeşmə yuxuda məşğələ, qazanc və bolluq deməkdir. Çeşmədən su içmək işdə özgələrə şərik olmaq, çeşmədə yuyunmaq qüssədən və naxoşluqdan qurtulmaq nişanəsidir.
Çınqıl (xırda daş) – çınqıl yuxuda gahdan pul, gahdan bəla nişanəsidir. Birinə çınqıl vermək ona mənfəət yetirmək, birindən çınqıl almaq qazanca əl tapmaq, çoxlu çınqıl bir yerdə – varlanmaq, göydən çınqıl yağmaq, bir rəvayətə görə, ölkədə bolluq, əksi rəvayətə görə afət kimi yozulur.