Dana – yuxuda dana, öküz və inək kimi yozulur. Dana almaq qazanc, şərəf, etibar, dana satmaq öz əlilə pərgarını pozmaq deməkdir.
Dar ağacı – dar ağacı yuxuda xeyrə yozulur. Yuxuda özünü dar ağacından asılı görmək qazanc, rahatlıq və xoşluq sanılır. Dar ağacında ipin boynuna keçirildiyini görmək çalışqanlıq, dar ağacından ipin qırıldığını görmək faydalı bir işə əl qatmaq deməkdir.
Daraq – yuxuda daraq yaxşı bir adamla dostlaşmaqdır. Daraq ilə darandığını görən muradına çatar.
Darı – yuxuda darı əkmək, almaq, darı çörəyi yemək uzun-uzadı sıxıntıdan qurtulub, rahatlığa çatmaqla yozulur.
Davat – yuxuda davat görənin qazandığını özgələr yeyər. Dolu davat çalışqan olsa, xeyrizə, tənbəl olsa zərərizə qurtaracaq. Boş davat sağlamlığızın ziyan görməsi, davat almaq qəmin şadlığa çevrilməsi, sınıq davat haram mal əldə edəcək kimi yozulur.
Dəgirman – dəgirman yuxuda görmək gizli bir işin aşkara çıxması, dəgirmanda dən dartmaq bolluq və rifah, dəgirmançıya un vermək bezikmə və məyusluq, dəgirmançıdan un almaq yersiz fikirlərə dalmaq deməkdir.
Dəli – yuxuda dəli görmək boşuna çalışma və nəticəsiz işlə yozulur. Dəli ilə qonuşmaq, ya oturub-durmaq şübhəli adamlarla əl-ələ sürtmək deməkdir. Dəli ilə dalaşmaq ailədə bir təhlükənin yaranacağına işarədir. Dəlinin həmləsinə tuş olmaq gözlənilməz bir şadlığa çatmaq deməkdir.