Elçi – yuxuda elçi görənin işi hiyləbazların əlinə keçər. Elçi qadın görən davranışlarını dəyişdirməzsə hamıya gülünc olar.
Ev – yuxuda şadlıq və sevincə işarədir. Olduğu evdən daha yaxşı bir evə köçmək qazanc və rütbənin artması, uca ev tikmək – aydın gələcək, alçaq ev – ümidsizlik, umduğundan fayda görməmək, ev yıxmaq – uğursuzluqla üzbəüz gəlmək deməkdir.
Evlənmək – yuxuda istər qız olsun, istər oğlan – evləndiyini görsə varlanır. Qız ya oğlan üzdən öpürsə, arzusuna çatır.
Əcnəbi – yuxuda əcnəbi görmək qorxu və həyəcan deməkdir. Əcnəbi ilə yola çıxmaq – ölüm qorxusu, əcnəbi ilə bir süfrədə oturmaq – uzun sürən qazanc, əcnəbi ilə evlənmək – asudə yaşayışa işarədir.
Əl – yuxuda incə və yaraşıqlı əllər görmək – əl işlərində uğur qazanmaq, davamlı və qüdrətli əllər görmək – dünya işlərində (siyasətdə, sənətdə, vərdişdə) gözə çarpan müvəffə- qiyyətlərə çatmaq, əllərini kirli görmək – gələcəkdə ağır işlərlə uğraşmaq, əllərini yumaq – özünü bəyənən bir adam olmaq, əllərini və barmaqlarını itirmək – işlərin tərsə gedişinə yozulur.
Əlcək – təzə əlcək sevinc və şadlığa, yırtıq əlcək üzüntüyə, əlcək almaq – bir dost tərəfindən qonaqlığa çağrılmaq, bir yerdə çoxlu əlcəkli adam görmək – bir yaramaz işin cəzasını çəkmək deməkdir.
Əncir – yuxuda təzə ənciri fəslində yemək – evlənmək, şadlıq, var-dövlətə, fəslindən qıraq yaş əncir yemək – qəm və yoxsulluğa işarədir. Quru əncir – var-dövlətin üstələnməsi deməkdir.