Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Ərzaq – yuxuda çoxlu ərzaq aldığını və topladığını görənin qarınqululuqdan və boğaz otarmaqdan çəkinməsi gərəkdir. Ətir



Yüklə 2,44 Mb.
səhifə82/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   78   79   80   81   82   83   84   85   ...   195
Ərzaq – yuxuda çoxlu ərzaq aldığını və topladığını görənin qarınqululuqdan və boğaz otarmaqdan çəkinməsi gərəkdir.
Ətir – yuxuda ətir görmək evlilər üçün uğur və xoşbəxtlik, subaylar üçün evlənmək kimi yozulur. Özünə ətir səpmək (vurmaq) yaxında bir aydınlığa çatmaq deməkdir.
Ərəyuxuda əlində ərə olduğunu, ya birindən ərə aldığını görmək – varın və övladın artması deməkdir. Ərə ilə bir şeyi kəsən – muradına çatır. Ərə ilə odun kəsən düşməninə üstün gəlir.
Əriştə – yuxuda əriştə kəsmək acgözlülük və qarınqululuğa işarədir. Əriştə şorbası, ya əriştə aşı içmək – mədənin sağlam­lığına dəlalət edir.
Ət – yuxuda ət bişirdiyini görən – məqsədə çatmaqda çox çalışmalıdır, ət satdığını görən – çalışmayınca qazana bilmə­yəcək. Ət kəsdiyini və doğradığını görən – ağır və kədərli işlərə uğrar. Quzu əti görən – fikirlərini dəyişdirməli, keçi əti görən – düşməndən çəkinməməli, quş əti – uzun ömür, donuz əti – gizli bir işin üzə çıxması, balıq əti – şadlıq və səadətdir.
Falçı – yuxuda falçı – yalançı, hiyləgər bir adamla yozulur. Falçıya getmək, kitaba baxdırmaq, dua yazdırmaq bir kələkbazın yalanlarına aldanmaq, fal açdırmaq, fala baxmaq – xəyal və uydurmaya qatılmaq deməkdi.

Fanus (fanar) – yuxuda gündüz və aydınlıqda fanus gör­mək – puç və faydasız işlərlə uğraşmağa işarədir. Gecə qaran­lıqda görülən fanus – qazanc və fayda deməkdi. Fanus yandır­maq – xeyirli bir işə başlamaq, fanusu söndürmək – yaxşı bir işi öz əlilə dağıtmaqdır. Gecə zamanı çoxlu fanusların küçə-bazarda yandığını, hər tərəfi işıqlandırdığını görmək ölkənin abadlaşma və rifaha çatmasına işarədi. Yanan fanusların birdən-birə sön­mə­si – o ölkənin səfalətinə, orada böyük bir adamın aradan getmə­sinə işarədir.
Fəqir – yuxuda özünü fəqir (yoxsul) görmək – varlanmaq nişanəsidi. Fəqirə yardım etmək – bir fəlakətdən qurtarmaq, fə­qirdən bir şeyi almaq – varlı bir adamdan xeyir görmək, fəqi­rin səndən bir zad dilədiyini görmək – şad bir xəbər almaq deməkdi.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin