Maşın – yuxuda maşın görmək, hər cür maşın olursa-olsun, işlərin və yaşayışın asanlaşmasından xəbər verir
Mağara – yuxuda qaranlıq, darısqal və nəmli mağara – sıxıntı, ölüm, qəbir, işıqlı və geniş mağara – çətinlikdən qurtarma, mağaraya girib oradan salim çıxmaq isə əmin-amanlığa çatmaq kimi yozulur.
Mal-davar – yuxuda gomuş, inək, qoyun kimi sağmal heyvanları görmək – uğur və yemək anlamında yozulur.
Matəm – yuxuda hər cür matəm və əza mərasimi görmək, ya onda iştirak etmək, gələcəkdə xoş və aydın günlərdən xəbər verir.