Novruz bayramı – yuxuda Novruz bayramını görmək – böyük şadlıq və aydınlıq kimi yozulur, hər cür darlıqdan, üzüntüdən qurtarmaq, arzu-istəyə çatmağı göstərir.
Nuh – yuxuda Nuh peyğəmbəri görmək – səadətə yozulur. Yuxu görən olduqca uzun yaşayır, hər cür gözlənilməz hadisələrdən qurtarır, çətinliklərə üstün gəlir.
Ocaq – yuxuda ocaq qurmaq, ya ocaq alışdırmaq – evlənmək və ailə qurmağa yozulur. Ocağı yanıq halda görən – ailəsi ilə şən və məsrur yaşar, ocağın sönməsini, ya yıxılmasını görmək – ailədən nemətin azalması və rifahın zəvalı ilə yozulur.
Od – yuxuda od görənin uzaqdakı qohumundan xəbər gələr. Od yandıran kədərli xəbər eşidər. Odu söndürmək – səfalətdən qurtarmaqdır. Qaranlıqda xalqa yol göstərmək üçün yandırılan od – təcrübə və bilgiyə yiyələnmək, gündüz yel üstə yandırılan od – boş işlərlə məşğul olmaq deməkdir. Oda ibadət etmək – şeytanın qulluğunda olmağı, od yediyini görən – yetim malı və ya beyt-lümala əl dolaşdırmağı göstərir. Göydən od yağmaq – o yerdə yaşayanların ağır sıxıntıya məruz qalacaqları ilə yozulur.
Odun – yuxuda odun (istər yaş, istər quru) görmək düşmənlik, münaqişə, həsadət və dedi-qodu ilə yozulur. Dağdan, ya meşədən odun qırıb gətirmək, ya odun alıb satmaq – camaatla söz güləşdirməkdə, ya çəkiş-bərkişdə olmaq deməkdi.
Ox – yuxuda ox atmaq – elçi göndərmək kimi yozulur. Ox nişana tuş olursa, göndərilən elçi işi bitirir, dəymirsə iş korlanır. Atılan oxun süzub getdiyini görənin şöhrəti çoxalır. Onun camaat arasına düşdüyünü görənin sözü ötgün olur.