Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Saman – yuxuda saman, ya samanlıq görmək – asan qa­zanca çatmaqla yozulur. Samanlıqda ot, ya saman yığmaq – varlanmaq deməkdi. Saqqız



Yüklə 2,44 Mb.
səhifə98/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   94   95   96   97   98   99   100   101   ...   195
Samanyuxuda saman, ya samanlıq görmək – asan qa­zanca çatmaqla yozulur. Samanlıqda ot, ya saman yığmaq – varlanmaq deməkdi.
Saqqız – yuxuda saqqız – zəhmətlə ələ gələn mal hök­mündədir. Saqqız çeynəmək – dedi-qoduya işarədir. Saqqız al­maq zəhmətlə qazanc, saqqız oda atmaq – dünya malından sarı başını qovğaya salmaq anlamındadır.
Sel – şiddətli yağışdan yaranan sel – ağır xəstəlik, ya üzün­tüyə bir səfər deməkdir. Selin dərələri, düzləri, kənd və şəhərləri basması insanlar haqqında işlədilən haqsızlıq və zülm kimi yozulur.
Səccadə – namaz səccadəsi yuxuda əsləhə kimidi: satmağı uğursuz, almağı uğurlu olur. Özünü səccadədə oturmuş görən – özgələrə yaxşılıq edər. Yun, ya pambıq səccadə riyakarlıq və camaatı aldatmaq nişanəsidi.

Salam vermək – yuxuda özündən kiçik adama salam vermək, axirətdə savab qazanmaq, camaat arasında hörmət tapmaq kimi yozulur. Küsülü adama salam vermək o adamın üstün gələcəyinə nişanədi. Bir düşmənlə salamlaşıb qucaqlaş­maq – barışıq, kin və küdurətin ortadan qalxması kimi yozulur.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin