Toxum – yuxuda toxum səpmək bol ruzu nişanəsidi.
Torba – yuxuda torba görmək, torba tikmək, torba almaq – subay adam üçün evlənmək, evli adam üçün xeyir-bərəkət kimi yozulur.
Torpaq – yuxuda torpaq qazmaq – varlanmaq kimi yozulur. Sarı torpaq, qızıl, ağ torpaq – gümüş, qırmızı torpaq – mis, boz və qara torpaq – pul deməkdi. Üst-başını torpaqlı görənin əlinə pul gələr. Yelin toz-torpağı bir yerdən başqa yerə sovurması bu yerdə yaşayan xalqın ədalətsizliyə uğrayacağına yozulur.
Toyuq– yuxuda çoxlu toyuğu olduğunu görən – camaata başçı olur. Toyuq başı kəsmək əyaldan ayrılmaq kimi yozulur.
Toz – yuxuda üstünə, başına, üzünə-gözünə toz qonduğunu görənin əlinə haradansa pul keçəcək. Tozun yel ilə havalandığını görmək – nə isə baş verəcəyi ilə yozulur.
Tövbə – yuxuda tövbə və istiğfar etdiyini görənin ruzi və gəliri çoxalır.
Tülkü – yuxuda tülkü görən hiyləgər, kələkbaz (düzənçi), yalançı bir kişi, ya bir arvadla üz-üzə gələcək. Tülkü ilə dostluq edən yalançıya aldanır. Bir tülkü tutduğunu görən bir düzənçi ilə münasibətdə olacaq. Tülkü dərisi əldə etmək hiylə ilə qazanca çatmaq deməkdi.