Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Yaqut – yuxuda yaqut bolluq və yaşayış deməkdi. Yaltaq



Yüklə 2,44 Mb.
səhifə107/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   103   104   105   106   107   108   109   110   ...   195
Yaqut – yuxuda yaqut bolluq və yaşayış deməkdi.
Yaltaq – yuxuda yaltaq adamla üzbəüz gəlmək, ya onun yaltaqlığından xoşlanmaq yaramaz adamlardan çəkinmək kimi yozulur.

Yanaq – yanaq yuxuda açıq, tutqun olduğuna görə fərqli halda yozulur. Qırmızı və şad yanaq çətinliklərdən qurtulub, se­vincə çatmaq; solmuş və tutulmuş yanaq qorxu və üzüntü anlamındadı.
Yaralanmaq – yuxuda yaralanmaq, ya birini yaralamaq, vuranın vurulana yaxşılıq edəcəyi kimi yozulur.
Yelpik – yuxuda yelpik almaq, ya tapmaq yoxsulluq və darlıqdan qurtarıb rahatlığa çatmaqla yozulur.
Yeralması – yuxuda yeralması var-dövlət nişanəsidi. Yeralması almaq, bişirmək, yemək qazanc deməkdi. Böyük miqdarda yeralması bolluq bərəkət nişanəsidi.
Yıxmaq – yuxuda salim və sığınağa yarar bir binanı yıxmaq – öz əlilə özünə toxunmaq kimi yozulur. Uçub tökül­mədə olan bir binanı yıxmaq – ağır bir zərər və fəlakətin qa­bağını almağa işarədi.
Yol – yuxuda xeyirli səfər və sağlıq kimi yozulur. Yuxuda yola çıxmaq – çətinlikdən rahatlığa və darlıqdan genişliyə çıxmaq deməkdi. Yolda rahat və yüngül mənzilə rahat çatmaq və ağır yerimək istəyinə çətin çatmaq deməkdi. Yolun abad olması ölkədə işlərin sağlam gedişi və onların xarab, pozğun olması bunun əksinə işarədi.
Yonca – yuxuda yonca əkmək, yonca dərmək, yonca bağışlamaq, xeyir işlərə əl atacağa yozulur.
Yorğan – yuxuda yorğan görməyin ayrı-ayrı yozmaları olur: yuxuda yorğan aldığını görən – evlənir. Yorğanın yandı­ğını, ya oğurlandığını görən arvad, yaxud kişi – bir-birindən ayrılır. Yorğanın təzəliyi və təmizliyi dincəlmək və səadət, onun çirkliyi və yırtıqlığı pozğunluq nişanəsidir.
Yumurta – yuxuda toyuğun yumurtasını görən adamın uşağı olacaq. Yuxuda çiy yumurta yemək sıxıntı və riyakarlığa işarədi. Pişmiş yumurta yemək rahat qazanca çatmaq deməkdi. Yuxuda yumurtanı qabıqlı yeyən adam örtülü məsələnin üstünü açar.
Yun (pəşm) – yun yuxuda xeyrə yozulur. Əyrilmiş yun dövlətdi. Bir yastığa, yatağa yun doldurmaq evlənməyə işarədi.
Yuxu yozan – röyada yuxu yozan görmək- qəmli olsa, sevinir, şad olsa- qəmli olur. Dilək və istəkləri olanlar murada çatar, itkin gedənlərdən xəbər çıxar.
Yuva – yuxuda quş yuvası görmək ailənin səadət və rifaha çatması ilə yozulur.
Yuyunmaq – yuxuda saf və təmiz su ilə yuyunduğunu görən sıxıntı və qəm- qüssədən qurtarar. Naxoş olsa sağalar. Bulaşıq su ilə yuyunan sıxıntı çəkər, borclu düşər və xəstələnər.
Yük – yuxuda dalında şələ, yük götürdüyünü görən böyük rütbəyə çatacaq, yuxuda səfər əsbabı yığılmış heybə, xurcun, məfrəş kimi şeylər təmiz və təzə olursa xoş və xeyirli, köhnə və çirkli olursa səfər sıxıntılı keçəcəkdi.
Zahı (ikicanlı arvad) – yuxuda zahı görən kişi uğurlu işlərə çatır. Yuxuda arvadın özünü doğum yatağında görməsi yüngül naxoşluq, yatağından qalxmış görməsi sağlamlıq nişanəsidi.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin