Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Zənbil – yuxuda bolluq və xoş yaşayış nişanəsidi. Zəncir



Yüklə 2,44 Mb.
səhifə109/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   105   106   107   108   109   110   111   112   ...   195
Zənbil – yuxuda bolluq və xoş yaşayış nişanəsidi.
Zəncir – yuxuda əlini, ayağını, özünü zəncirlə bağlı gör­mək zərər, sıxıntı, naxoşluq, kədər, bağlandığı zəncirin qırıldı­ğı­nı görmək darlıqdan, sıxıntıdan, kədərdən qurtarmaq kimi yo­zulur.
Zindan – yuxuda dəmirçi, ya başmaqçı zindanı görmək bir rəvayətə görə – qüdrət və bir rəvayətə görə dövlətlə yozulur. Bir zindana yiyələnən qüdrətli və zəngin olur. Zindan itirənin gücü və dövləti azalar.
Zindan (məhbəs) – yuxuda zindana düşdüyünü görən qəm və kədərə uğrar, zindandan buraxıldığını görən sevinc və sağlamlığa uğrayacaq.
Zınqırov (zəng) – yuxuda zınqırov səsi, ümumiyyətlə, xey­rə yozulur. Cavan oğlan, ya qız üçün xoşbəxt ailə qurmaq, yaşlı kişilər və arvadlar üçün yaşayışlarında xoş dəyişikliklər olaca­ğına işarədi.
Zibil, zibillik – yuxuda zibil və zibillik görmək çoxlu mal-döv­lətə çatmaq və yoxsulluqdan qurtarmaq kimi yozulur.
Zirə – yuxuda zirə görmək xeyrə yozulur. Zirə həm də sa­ğalmaz xəstəliyə işarədi.

Ziyil – yuxuda, ümumən xeyrə yozulur. Əlində, ayağında ziyil çıxmasını, ya artmasını görən varlı-karlı olur.
Zopa – yuxuda zopa gəzdirmək – yaxınlarınızdan yaxşılıq görəcəyinizə, zopa ilə birini vurmağınız düşmənlərinizə qalib çıxacağınıza işarədi.
Zökəm – yuxuda zökəm olduğunu görən adam işlərində ehtiyatlı olmalıdı.
Zurna – yuxuda zurna görmək, ya onun səsini duymaq yaxşı söz dinləməyə yozulur. Zurna aldığını görən sevinəcək, zurna çaldığını görən xoş xəbər eşidəcək.
Zümrüd – yuxuda zümrüd görmək halal mal əldə etməyə yozulur.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin