AY GÖZƏL, GÖZƏL!
Oğlan:
Ay gözəl, gözəl, gəl gedax bağa,
Qoy bircə baxım, o gül yanağa!
Qız:
Yanaqlarımı neylirsən, oğlan,
Dağlarda çiçək görməmisənmi?
Oğlan:
Ay qız sevmişəm, gül cəmaluvi,
Gəl, insaf eylə, göstər xaluvi.
Qız:
Oğlan neylirsən, mənim xalımı,
Məgər, heç mixək görməmisənmi?
Oğlan:
O bal dodağın dərdimə dərman,
Onları mənə göstər bir, canan!
Qız:
Oğlan, neylirsən dodaqlarımı,
Məgər beçə balı görməmisənmi?
Oğlan:
Sən bizim eldə bir nazlı dilbər,
Səbrim qalmadı, qaşuvi göstər!
Qız:
Oğlan, neylirsən mənim qaşımı,
Gecələr hilal görməmisənmi?
YAR ÜZÜ XALLI CEYRAN
Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı,
Oğlanı dərd apardı, dərmanı qızda qaldı.
Yar üzü xallı ceyran, dodağı ballı ceyran,
Vermərəm öz xalımı, gəlsə yüz əlli ceyran.
Bulaq başı toz olar, dəstə-dəstə qız olar,
Əyil dəsmalın götü, mən götürsəm, söz olar.
Bülbül kimə naz eylər, hayanda pərvaz eylər?
Gül butası dibindən oğlan qıza göz eylər.
Dostları ilə paylaş: |