Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə127/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   123   124   125   126   127   128   129   130   ...   195
İlin təhvil olması. İlin təhvil olması zamanı qabaqcadan təqvimlərə yazılmış olar. Lakin o zaman yaxınlaşdıqda, bir məryəm qurdunu bir mis tasın içinə salıb ətrafında oturub, ona göz tikərlər. Məryəm qurdu dalısı üstə aşanda deyərlər il təhvil oldu. Bir-birləri ilə görüşüb-öpüşüb bayramı təbrik edərlər. Uşaqlara bayramlıq verərlər. Uşaqlara alınan təzə paltarları bayramın qabaqkı axşamı onların ixtiyarlarında qoyarlar. Ciblə­rinə, ovuclarına yemiş, şirni tökərlər. Uşaqlar təzə paltarlarını başları üstə qoyub sabahın həvəsi ilə şirin yuxuya dalarlar.

Hüzür yerləri. Bayramın ilk günü hüzür yerlərinə gedərlər. Hüzür yeri keçən ildə bir adamı ölmüş evə deyirlər. Son illərdə hü­zür yerlərinə getmək rəsmini də ürfə gününə salıblar ki, daha bay­ram günü qəm-qüssə və ölüm söhbəti arada olmasın. Bayram gü­nü hamı təzə paltar geyib, görüş üçün bir-birlərinin evinə gedər­lər. Uşaqlara hər yerdə pul, rəngli yumurta kimi bayramlıqlar verərlər.

Tayfa əhalisi bir yerə yığışıb, birlikdə tayfa evlərinə gedib, bayramı təbrik edərlər. Hər evdə, şirni, quru yemişlər, plov, halva, qızılgül mürəbbəsi və sairə yeməklər qaba qoyular. Ev sahibi gə­lən­lər üçün, alma, boyalı yumurtadan-zaddan verər və bu bay­ramlıqlar arada paylanar. Əlbəttə, payın çoxunu uşaqlara verərlər.

İl təhvil olanda hamı çalışır ki, öz evində ailəsinin yanında olsun. Bayramın ilk dörd günü o ilin dörd fəslinin nümunəsi kimi nəzərdə tutular, onların üzü ilə gələn fəsillər barəsində qəzavət olunar. Bayram günləri “sizdəh” gününə qədər böyüklü-uşaqlı kü­çələrdə (arvadlar həyətlərdə) cürbəcür oyunlar oynarlar. Böyüklər badam ilə “təkmə cüt” (tək, ya cüt) oynarlar. Bu oynanılan ba­dam­ların sayı çox olduğuna görə ovucda gətirmək əvəzində yerdə bir miqdar ayırıb əl altda saxlayaraq, hərifdən tək, ya cüt dediyini soruşar, sonra bir dəfə badamları cüt-cüt sayıb udub – uduzanı təyin edərlər. Badam sayı əl-əl sayılar, hər əl də beş dənədir, məsələn, 42 dənə badam olsa, bu hesabla səkkiz əl ilə bir cüt olar.

Kişilər küçələrdə pullu aşıq qumarı oynayar, yumurta döyüşdürərlər. Arvadlar da “löpik mıncıq” (beşdaş) oyunu kimi oyunlarla məşğul olarlar.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin