Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə175/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   171   172   173   174   175   176   177   178   ...   195
Təziyyə və əza mərasimləri
O zaman hər məhəllədə bir nəfər münacatçı var idi. Əgər ölən olsaydı münacatçıya xəbər verərdilər. O, məscidin damına çıxıb münacat verərdi. O, münacat verən zaman hərdənbir də ölə­nin adını çəkər, ruhuna da fatihə oxuyardı. Beləliklə, camaatı xəbərdar elərdi. Camaat gəlib ölünün köçürtməsində iştirak edər­di. Ölü basdırılandan sonra fatihə verib qayıdardılar. Ölü sa­hi­bi 3 gün təziyə tutardı. Dəfn gününün sabahı camaat gedib məs­­cidə yığışardı. O məsciddə rövzə oxunardı, Quran tapşırılardı.

Hər gün yaxınları gəlib təziyyə sahibini qəbr üstə aparardılar.

Xanımların məclisi 3 gün olardı. Üç günə xüruşt şam verər­dilər. Əzadar xanımın yanına gələn dost-aşnalar bir qutu şirni də gətirərdilər. Onu yavaşca məclisi dolandırana verərdilər. O da onları bir yerə yığıb, qapısın qıfıllayardı. Gecə şamdan sonra uzaq qohumlar dağılışıb gedərdilər, yaxın qonaqlar qalardılar. Şamdan sonra qalan qonaqlara ayrı bir süfrə açardılar, o şirniləri gətirib açıb süfrəyə düzüb deyirdilər: “Yeyin, sabah ağlayacaq­sız, yeyin ki ağlamağa hey-qüdrətiz olsun”. Beləliklə, üç gecə bu tərtiblə keçərdi. Üçüncü gün ki, məclisin xətmi sayılırdı, ev sahibi bir top qara parça aldırardı. İki nəfər xəyyat xanımlar parçanı hər neçə dənə çıxsaydı çarqat kəsib tikərdilər. Sonra qatlayıb, bir məcməyiyə yığardılar. Üçüncü gün rövzə oxuyan zaman bir möhtərəm qadın o məcməyini gətirib otağın ortasına qoyardı. Yas saxlamağa gələnin meyli olsaydı öz çarqatın başın­dan açıb bir danə qara çarqat gətirib onu başına salardı. Bundan sonra şivən qalxardı.

Qırx gün yas saxlayardılar. Yasa da yaşlı, qoca xanımlar gedərdilər. Cavan xanımları qoymazdılar, deyirdilər ki, cavan belə məclislərə getsə, ürəyinə qan damar. Bir gün qabaqdan halva çalardılar. Hansı evə ki, o halvadan yollasaydılar, mənası belə idi ki, sabah səni nahara dəvət edirik. Yeddi günü yığışıb əza sahibi ilə qəbir üstünə gedərdilər.

Çilləsində də yenə halva yollayırdılar. Əza sahibi əza saxlayanları nahara dəvət edərdi. Nahardan sonra qonaqları hamama aparardılar. Bir böyük kisə həna isladardılar. Hamamda dəlləklər hənanı qonaqların başına yaxardı.

Beləliklə, qara çarqatlərı açıb, ağ örtər, yasdan çıxardılar. Sonra qonaqlar yenə də ölüsü ölənlərə qayıdardılar, onlarıın evinə. Ev sahibi bir nəfər məşşatə dəvət edərdi. Qonaqların hər birisi ki, mail olsaydı, islah eyləyərdi, istəməsələr xudahafizləşib gedərdi.

Rəcəb ayının əvvəl cüməsi ölülər günü sayılır. O günün adına “rəcəyib” deyirlər. O gündə halva bişirib, xeyrat elərdilər. Ölüsü ölən adamın da evinə təsliyyət deməyə gedərdilər.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin