Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə18/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   14   15   16   17   18   19   20   21   ...   195
VI. ТAPMACALAR
1. Aldım bir danə, sındırdım oldu min danə.

2. Ağac başında qarğa, ağzı dolu qovurğa.

3. Ağacın için oydular, kəndə koxa qoydular.

4. Ağac başında boxça, nə boxçadı, nə taxça.

5. Ağac başında ağ pambıq.

6. Ağac başında ağ yanaqlı qız.

7. Ağzı qara, üzü yox, suda üzər, gözü yox.

8. Ağzı vardı, dişi yox, onu döyməyən kişi yox.

9. Ağzın açar, zəhər saçar, onu görən qorxub qaçar.

10. Ağırlığın yer götürər, ruzusun Allah yetirər.

11. Ağzı yuxarı baxar, altından yağış axar.

12. Axşam baxanda çox olur, səhər baxanda yox olur.

13. Araz qırağı düzdü, sanasan əlli-yüzdü, oğlu davaya gedir, anası hələ qızdı.

14. Aslan kimi mırıldar, tumarlasan xoruldar.

15. Ata minər süslənməz, yerə düşər paslanmaz, suya dü- şər işlənməz.

16. Atılıb düşər, susuz bişər.

17. Ayağı var qaçanmaz, qanadı var uçanmaz.

18. Azan verər, namaz qılmaz, arvad alar, kəbin bilməz.

19. Bağda sürünər, gözər, az-az görünər, gəzər, oxşayır bir yumağa, qorxuram əl vurmağa.

20. Başında var budağı, gəzir meşəni, dağı.



21. Bazarda olmaz, tərəzidə durmaz, ondan şirin zad olmaz.

22. Bir quşum var, dərisi puldan, gözləri nurdan.

23. Buxari, ha buxari, buxaridan yuxari, ordan bir kişi çıxdi, çiyni qara çuxali.

24. Cani vardi, qani yox, yer altında sani yox.

25. Carçisi çox, bazari yox, gələni çox, gedəni yox.

26. Çiçəkləri gül degil, ağappaqdı qar degil, isti verər, yun degil.

27. Çoxlu tağ atar, torpaqda yatar, qoyma yetişsin, kal- kal dər apar.

28. Çöl var, çöl var, çölmək var, onu durub bölmək var, həştad səkkiz düyündə doxsan doqquz ilmək var.

29. Çöldə degil, evdədi, nə yerdə, nə göydədi.

30. Çömçə başi məndiri, belində var kəndiri, milçək qonsa vizildar, əl dəgəndə sızıldar.

31. Daşi dəmirə çaxdım, pambığı oda yaxdım.

32. Deyə bilmir sözünü, yandırır öz- özünü.

33. Dəryada bir ev gördüm, üstündə var dam-baca, yeriyir yavaş- yavaş, tapmacadı- tapmaca.

34. Dona bürünməz, gözə görünməz, dilindən üzülməz.

35. Dörd qardaş ha ötüşür, bir- birinə çata bilmir.

36. Düz əkdim, əgri bitdi.

37. Dümdüz idi meşədə, evdə ayrı peşədə, ilan kimi uza- nar, bir ağ köynək qazanar.

38. Evləri qonşu iki qardaş var, hər bir şeyi görürlər, bir-birini görə bilmirlər.

39. Evimizdə bir kişi var, iki haçalı dişi var.

40. Əl ilə tutmaq olmaz, göz ilə görmək olmaz.

41. Əl işidi, əl işi, onu geydi bir kişi. O hansı çuxadı ki, yoxdu heç bir tikişi.

42. Əl ilə yapılar, qulağa taxılar.

43. Əl qədər məzar, hər yeri gəzər.

44. Ət dirəyinin başında, dəmir deşikli papaq.

45. Ət sandığım, yetmiş yeddi qat, sandığım, kir içində yat sandığım.

46. Əyri boyun, yaşıl papaq, suda gəzər, yastı yapalaq.

47. Əzilməz, üzülməz, süfrəyə düzülməz.

48. Əzəl meşədə idi, indi yaraq olubdu, babama dayaq olubdu.

49. Əziziyəm su arar, yerin bağrın su yarar, göydə bir maydan gəzir, ağlar, yeri suvarar.

50. Gedər, gəlməz, yatar, durmaz, yeyər doymaz.

51. Gedər, gedər, iz qoymaz, qayıdanda toz salmaz.

52. Gecə yumular, səhər açılar.

53. Gözü yox, qulağı yox korlara yol göstərər.

54. Göydən bir noğul düşdü, toyuq ona yürüşdü.

55. Göydən düşdü yer onu içdi.

56. Göydən düşdü beş yemiş, bir-birindən xoş yemiş, səkkiz dənəsi gün görmüş, doqquzu gün görməmiş.

57. Göydə doğular, yerdə boğular.

58. Göydə uçar görünməz, yerə düşər sürünməz, doğar, törər, əri yox, qanadının pəri yox.

59. Gündən güclü, yeldən gücsüz, yoxdur gözü, ağlar özü.

60. Gün çıxanda gülər, gün batanda mürgülər.

61. Hacidi, ha hacidi, başmaği darıncıdı, zoğ atar, yarpaq verməz, görək nə ağacidi?

62. Hacilar Haca gedər, cəhd elər gecə gedər, bir yumurta içində, qırx-əlli cücə gedər.

63. Halım haldan yuxari, qonub güldən yuxari, bir əcayib quş gördüm, dizi beldən yuxari.

64. Haydi, haydi, haraydi, baxın, görün, nə haydi, içinə bir od düşüb, görün, nə hay- haraydi?

65. Hər qurd ipək sarımaz, ayağ tutar yeriməz, min il də gəlib keçsə, yaxşı- yaman çürüməz.

66. Heyvan kimi sapsarı, dibi incə, başı əyri, ağacından dərərəm, ləzzət ilə yeyərəm.

67. Həm misdi, həm gümüşdi, arası döyülmüşdi.

68. Həlmə, həlmə həlməsi, həlmə xatın döyməsi, hər kəs onu tapmasa, bir tüməndi çörməsi.

69. İçi qırmızı, üsti buz, eşigi (əti) şirin, içi qoz.

70. İki öküz bir yerdə, biri aldı, biri çal: al yatır, tərpən- mir, çal uçur, görsənmir.

71. İki fənər, gündüz yanar, gecə sönər.

72. İki quşum var çiyinlərdən yuxarı, hər nə baxıram heç birini görənmirəm.

73. İgnəsi çox, tikəni yox, əti dərman, özi heyvan.

74. Kolları gəzər posa- posa, qıçları uzun, qolu qısa.

75. Qanadı var uçanmaz, quru yerdə qaçanmaz.

76. Qanadı var uçmağa, ignəsi var sancmağa.

77. Qara quşu quyruğundan asarlar, ələ alıb düz qazana basarlar.

78. Qatarlanıb gedərlər, bizə salam edərlər.

79. Qatar-qatar uçarlar, şahın görcək qaçarlar, gündüzləri otlar, gecələri köçərlər.

80. Qara toyuq, qarnı yarıq.

81. Qırat qovar, boz at qaçar, boz at qovar, qır at qaçar.

82. Qırmızı nar, hər yerdə var.

83. Qızıl ağac yırğalanır, sırğaları sallanır.

84. Quşum əcaib quşdu, özü qibləyə tuşdu, ot otlar quzu kimi, su içməz necə quşdi.

85. Quyruğundan tutmayınca yuvasına yönəlməz.

86. Lələm deyir düz durdum, əgri yatdım, düz durdum, yüz il erkək qoynunda, gəlib yatdım, qız durdum.

87. Mavi tarla üstündə, ağ göyərçin yellənir.

88. Meşədə başın kəsdilər, şəhərdə leşin satdılar, oda düşdü alışdı, tüstüsü havaya qarışdı.

89. Meşədə ha meşədə, beş qardaş var meşədə, beşi də bir peşədə.

90. Məmmədbağır bağında, gül bitər budağında, yel vurar yelləndirər, sırğaları qulağında.

91. Mənim beş qardaşım var, biri hər gün danışar, ikisi qulaq asar, ikisi durub baxar.

92. Məni belə yeməzlər, mənsiz heç nə yeməzlər.



93. Məni mənicə, məndən uca, kürsü boyunca, kürsüdən uca.

94. Mindirdilər ağaca, çıxartdılar yamaca, qoydular bir yerə ki, nə qapı var, nə baca.

95. Nar danəsi, nur danəsi, yer üzünün bir danəsi.

96. Nədəndi ha nədəndi, nərmə- nəzik bədəndi, plovun yaraşığı, görən rəngi nədəndi?

97. Nəfəsi var, qanı yox, cəsədi var, cani yox.

98. Nə əli var, nə ayağı, qapi açar dəli sayağı.

99. Nə dərd qanar, nə gedər, mən getsəm o da gedər.

100. O nədi ki, ayağından asılır?

101. O nədi ki, əl vurarsan qanı çıxar?

102. O nədi ki, işığı var, istisi yox.

103. O nədi ki, silahı yox atışar, atışıban bir-birinə qa- tışar?

104. O nədi ki, qulağından kəsilər?

105. O tayda durar gedər, boynunu burar gedər, bir sürüyə soxulsa, qırxını qırar gedər.

106. Onun adı Pəridi, göylümə müştəridi, gecə anadan oldu, səhər durdu, yeridi.

107. O yanı mərmər, bu yanı mərmər, içində gəzir nazənin dilbər.

108. Paltarınan isti suya salarlar, asanlıqla paltarını soyarlar.

109. Püstədi, ha püstədi, təxti-rəvan üstədi, quzi kimi ot otlar, su içməgə xəstədi.

110. Rəcəbi kənddə gördüm, yaman sifətdə gördüm, igir- mi dörd ulduzu, dörd ayın altda gördüm.

111. Saqqalı var bir qucaq, belində neçə qurşaq.

112. Sularda batar, quruda yatar, hoppanar düşər, ovurdları şişər.

113. Suya düşər islanmaz, yerə düşər paslanmaz.

114. Şəkərə bənzər, dadı yox, havada uçar, qanadı yox.

115. Şəhrəbani, gəzər obani, alti ayağı var, iki dabani.

116. Şirin olur, bal degil, yağa oxşayır, yağ degil, rəngi ağ­dır qar degil.

117. Tap, bu nədi, tapmaca, ayaqları yapmaca, gözləri pi­yalaca.

118. Tap, bu nədi, tapmaca, sürüdə saqqallı qoca.

119. Torpaq degil, daş degil, quri degil, yaş degil, buynuzi var, qoç degil, qanadı var, quş degil.

120. Uzi bircə barmaq, quyruği on bir qarış.

121. Uzun qız oba gəzər, xəmirlə özün bəzər.

122. Üsti taxta, altı daş, səkkiz ayaq, iki baş.

123. Yayda qurudurlar, qışda əridirlər.

124. Yer altdadı evləri, əyri-üyri yolları, nə incədi belləri.

125. Yerim dərin dəryalar, məndən qiymətli nə var.

126. Yol üstə qazan qaynar.

127. Yumuri mərmər daşı, içində bəklər aşı, pişirərsən aş olar pişirməsən quş olar.

128. Yük altında iki tas, birin qaldır, birin bas.

129. Zirzəmidə Yusif oturub, qulaqların qısıb oturub, nə dinir, nə danışır, elə bil küsüb oturub.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin