Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə185/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   181   182   183   184   185   186   187   188   ...   195
Xanımların əl işləri
O zaman xanımlar çox hünərli olub, yaxşı əl işləri görür­dülər, xəyyatlıq çərxi yox idi. Bütün tikiş işlərini əl ilə görür­dülər. Onlar əlləri ilə yaxşı güləbatın, boxça, araqçın, köynək yaxası, tütün torbası və s. şeylər tikib gülduzluq edirdilər. Onlar sümükdən toxuma mil düzəldib, onunla dəvətqabı, qələmdan qabı, miz örtüyü, corab, əlcək toxurdular. Onlar xörəklərini həmişə özləri bişirirdi. Yalnız toyda, ya təziyyədə aşpaz gətirərdilər. Xanımların Quran dərsinə cox meyilləri vardı. Hamı səy edirdi ki, qızını Quran məktəbinə qoysun. Əgər analar Quran oxumağı bacarmasaydılar, uşaqlarından öyrənib, həmişə namaz başında bir-iki səhifə Qurandan qiraət edərdilər.

Qışda hamı kürsü qurardı, çölün bərk küləyindən gələnə kürsünün istisi ləzzət verərdi. O vaxt gecə əzanından 2 saat keçmiş küçədən turp, kələm, yerkökü satanların səsi eşidilirdi. Onlar uca səslə deyirdi: “Turp, kələm alan, şirin yerkökü alan”.



Biz uşaq idik, turpçu qoca əminin səsin eşidən kimi qardaşla­rımın biri ilə küçəyə qaçardım. Hərdən o əmi göydən parça-parça qar tökülən zaman gələrdi. Qardaşım yerkökü alan zaman biz də turpçu əmiyə tamaşa edirdik. O başına keçədən börk, onun üstündən bir çarqat, bir qırmızı fitə bağlardı. Bir cırıq, yamaqlı şalvar geyərdi. Bir şal boynunda, bir gödək dirsəkləri yırtıq arxalıq, ayağına bir ip corab geyər və çarıq da ayağında olardı. O, cibinə bir torba salıb, içinə yerkökü, turp, kələm tökərdi. Bir tərə də özüylə gəzdirərdi. Qar onun təpəsindən tökərdi, amma o havanın pisliyinə baxmayaraq satdığı şeylər üçün alıcı axtarardı.

O zamanlar kömürü qızarmamış kürsünün huzəsinə tökər­dilər. Kömürün üstünü küllə örtərdilər. O kömür qızardıqca kürsü buxarlanardı. Buxar kürsü başında oturanları gicəlləndirib baş ağrısına salardı. Camaat turpu alıb, onun qabığın soyub, alınlarına yapışdırardılar. Turpu yeyərdilər ki, buxarı rədd eləsin. Turpçu əminin bazarı çox əlvan olardı.

Gündüzlər paxlaçı əmi gəlib səslənərdi. O da ayağında çarıq, başına sarınmış bir şərf, tüklü börk başına qoyub gələrdı. O, bir tərəzi, bir qutu duz xoncaya qoyub başında gəzdirib səslənərdi: “Şorca paxlası alan, şorca paxlası alan”. Hərdən onların bığ və saqqalları qırov bağlayıb, ondan buz sallanardı. Paxlaçının paxlasını çox uşaqlar alardı. Uşaqlar onların səsin eşidən kimi hərəsi bir, ya iki şahı pul, bir cam götürüb paxla almaq üçün küçəyə qaçardılar.

Bahar fəslinin ikinci ayında yarpız, yemlik, şingillə satan gələrdi. Onlar səhər-səhər gəlib küçələrdə səslənərdilər: “ Yarpız alan, yemlik alan, ay südlü şingillə alan”. Yenə də hər uşaq bir padnos, bir şahı götürüb, küçəyə sarı qaçardı. Yemlik satanlar yemliyi, yarpızı satmağa gətirərdilər. O, bir şahılıq yemlik, yarpızı uşaqlar gətirdikləri padnosa tökərdi. Şingillə üçün də artıq bir şahı alardı. O şingillədən bir çiynəmlik verərdi.

Yay fəslinin əvvəl ayında uma halvası gətirərdilər. Halva satan küçələrdə uca səslə deyərdi: “Uma halvası alan. Dəmirə, köhnə paltara, köhnə kilimə, köhnə başmağa, köhnə börkə, verirəm. Ay, uma halvası alan! ”

Əgər uma halvası almaq üçün az pul versəydilər, halva satan az halva verərdi. Amma əgər əşya, paltar versəydilər xonçanın halvasın boşaldıb gedərdi. Onun dalısınca iynə-sancaqçı gələrdi. O şkaf şəklində bir üstü şüşəli bəndli qutunu boynundan salıb deyirdi: “Dəsmal, corab, sabun, ətir, iynə, sancaq, üskük, sap alan, ayna, təsbih alan və s.” O zaman xanımlar bazara getməzdilər. İynə-sancaq satanı həyətə çağı- rardılar, istədikləri şeyləri alardılar. İynə-sancaq satan hər küçəyə həftədə bir dəfə gələrdi.

Ondan sonra parçaçı, ya arşın malçı gələrdi. Arşın malçı da bir top məxmər, çit parçanı bir nəfərin ciyninə verib, bir taxta, yarım arşın da özü əlində götürüb səslənərdi: “İpək, atlas, məxmər, çit alan”. Sonra uşaqlar gedib, onları həyətə çağırardılar. Xanımlar yığışıb parça alardılar. Əgər xanımlar bazar parçası almaq istəsəydilər, ərləri gedib, bazar dükanından parça nümunəsi gətirərədi. O zaman karxanalar hər parçanın nümunəsini çox gözəl, səliqəli, məxsus bir vərəq üstə yapışdırıb, parçaçılara verərdilər. Onun adına “məsturə” deyirdilər. Bütün parçaların nümunəsi onda olardı. Onu evə gətirərdilər. Xanımlar o zaman heç vaxt bazarlığa getməzdi.

Ağalar xanımlarını çağıranda hərəsi bir adla çağırardı. Biri bizimki, biri ay qız, dönə bəyim, ev çırağı açar, ay, balam, hacı qızı, sonralar xanım, yaxud adıyla çağırardılar. Xanımlar ağalarına o deyərdilər.



Keçmişdə xanımlar tək oyan-buyana getməzdilər. On beş gündə bir dəfə baldızları ilə dədələri evinə gedərdilər, həftədə də bir dəfə hamama. Sonralar şəhər içində özləri tək gəl-get edərdilər.

Keçmişdə qonaqlıqlarda qonağa qəza verəndə, süfrə salardılar. Hər iki qonağa bir məcməyidə qəza qoyardılar. Neçə müddətdən sonra qəzanı bulutlarda süfrəyə düzərdilər, sonra çəkib hərəyə bir boşqab verərdilər. Sonralar miz üstə qəza yemək dəb oldu. Qəzanı miz üstə düzərdilər. Hər kəs özü istədiyi qədər qəza çəkib yeyirdi. İndi self-serviz dəbə düşüb.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin