SƏNDƏN DƏ BEŞ KƏLMƏ SÖZ SORUŞMAQ OLMUR
Molla bir gün arvadından soruşur:
– Arvad, bizim bu qonşumuz dəmirçi Əhmədin adi nədi?
Arvad deyir:
– Ay kişi, məyə özün demirsən Əhməd?
Molla deyir:
– Bura bax, yahaldım٭* ha, deyirəm, onun işi nədi?
Arvad yenə deyir:
– Ay balam, məyə, özün demədun dəmirçi?
Molla deyir:
– Əcəb, genə də yahaldım ha, istirdim diyəm harda oturar?
Arvad deyir:
– Ay əqlsiz kişi, məyə özün demədün bizim qonşumuz?
Molla başını bulaya-bulaya deyir:
– Ay canım, səndən də beş kəlmə söz soruşmaq olmur.
DƏLİ-DİVANƏLİGİN ÇARƏSİ
Bir gün qonşulardan biri Mollanın yanına gəlib qızının əlindən şikayət edib deyir: Ay Molla, əlim ətəguvə, bu qız lap dəli-divanə olub, səhər-axşam damda-divarda gəzir, heç cürə dəlil-nəsihət də götürmür. Sən buna bir dua yaz, ya bir dərman ver, bəlkə bir az sayxışa.
Molla deyir: “O qız ki, sən deyirsən, onu nə dua ilə, nə də dərmanla sayxışdırmaq olmaz. Məndən soruşsan, sən ona bir ər tap, onda görəcaqsan ki, bütün dəliligi toxtayacaq”.
Dostları ilə paylaş: |