ÖZ KÖLGƏNDƏN QORXMUSAN
Birisi Mollanın yanına gəlib deyir: – Dünən gecə bir dev yuxuma gəlib, çox qorxmuşam.
Molla soruşur: – O nə cür idi?
Adam cavab verir: – Yekə başı var idi, bir xalvar ləşi, kürək kimi dişi, dəvə kimi ayaqları, yelpik kimi qulaqları…
Molla onun sözünü qurtarmağa möhlət verməyib deyir:
– Bildim, bildim, dalisini demə. Sən yuxu görməmisən, ayıqlıqda öz kölgəni divarda görüb ondan qorxmusan.
ƏMMAMƏNİN İŞİ
Savadsızın biri əlində bir cızmaqara kağaz gətirib Molladan istəyir ki, onu oxusun. Molla nə qədr kağazı o yan-bu yan eləyir, bir şey başa düşə bilmir, çarəsiz kağazı gətirənə qaytarıb deyir:
_____________________
٭cilis- xəsis
– Mən bu kağazdan heç nə başa düşmədim.
Adam Mollanın başına-ayağına baxıb deyir:
– Sən ki bir dana kağazı oxuyanmırsan, bəs nəyə bu böyüklükdə əmmaməni başuva qoymusan?
Molla fövrən əmmaməni öz başından götürüb adamın başına qoyub deyir:
– Əgər əmmamə ilə kağaz oxumaq olar, buyur, oxu.
Dostları ilə paylaş: |