Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə30/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   26   27   28   29   30   31   32   33   ...   195
ELAT LƏTİFƏLƏRİ
BURDAN HÜSEYN KÜRD GİLİFDƏN KEÇİB
Dərviş qəhvəxanada Hüseyni-Kürdün nağılını deyirdi. O, qalalar alan Hüseyni-Kürdün çıxılmaz, bağlı bir qalaya necə, nə yoldan girə bilməsini, qalanın içini qədəmbəqədəm gəzməsin­dən, hər tərəfinə baş çəkməsindən söz açdı. Nağıla qulaq asanlardan biri çox təəccüblə soruşdu:

Baba dərviş, sən heç buyurmadın pəhləvan bu qalanın içinə necə girdi?

Dərviş bir an düşünüb, sonra özünü sındırmadan “Hü­sey­ni-Kürd burada gilifdən keçib” – deməklə, sözünə idamə verdi.
BU HƏR GÜNKÜ ŞİLƏDİ, BU GÜN

ÇARŞAB-CORAB ELƏYİB GƏLİB
Arvad yoxsulluqdan neçə gün dalbadal ərinin naharına şilə bişirir. Axır gün kişi bezikib deyir:

Sabahdan ya mən bu evdə, ya sənin pişirdiyin şilə…

Sabahısı gün kişi nahara gələndə arvad bir boşqab yarpaq dolması onun qabağına qoyur. Kişi dolmanı bir az oyan-buyan edəndən sonra deyir:

Elə hər günkü şilədi, bu gün də çarşab-corab geyinib gəlib.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin