EŞŞƏYİM, ÖKÜZÜM, QOYUNUM SƏNSƏN!
İsfahanın zalım hökmdarı Zilli-Sultan Bəxtiyar xanlarından Hüseynqulu xanı İsfahana çağırır, çoxlu izzət-ehtiramla orada saxlayır. Bir gün hökmdar Hüseynqulu xan, şəhərin ayrıbaş bəyləri hökümət talarında oturmuşdular. Heç gözlənilmədən başı açıq, ayağı yalın, bir lur məclisə soxulub salam edir. Xan başını qovzuyub deyir:
– Sənə kim deyib şəhərə gələsən, sənin burda nə işin var?
Lur deyir:
– Xan gəldim səni ziyarət edəm.
Xan əsəbiləşib deyir:
– Axmaq, arvaduvi, uşağuvi, eşşəyuvi, öküzuvi, qoyunivi başına buraxıb, necə ağac piyada, başaçıq, ayaqlayın gəlmisən məni görməyə?
Lur deyir:
– Xan başuva dönüm, arvadım da sənsən, uşağım da sənsən, eşşəyim də sənsən, öküzüm də sənsən, qoyunum da sənsən.
Dostları ilə paylaş: |