AY DƏDƏ, BUĞ YAĞUVİ PİŞİK APARDI
Özünü olduğundan varlı-karlı göstərmək istəyən tək ağalardan biri hər gün məhəllə çayxanasına gedəndən qabaq Şah Abbasın bığlarını eşib, kağız arasında saxladığı quyruq dərisi ilə yağlayıb işıldadardı. Bir gün genə o, çayxanada qəlyan damağında o yandan-bu yandan söhbət açandan sonra sözü yağ-dügünə gətirib çıxardır və deyir:
– İki gün qabaq Sərabdan bizə kərə yağı göndəriblər, sizi inandırıram mən indiyə qədər belə yağ görməmişəm. Dügünün üstünə ki qoyursan, adam əl vurmamış ətrindən məst olur. O, bunu deyə-deyə əlini bığlarına çəkib deyir:
– Mən deyirəm siz eşidəsiniz. Gərək bir gün gəlib yeyəsiniz, görəsiz!..
Onun sözü qurtarmamışdı ki, balaca qızı qaça-qaça çayxanaya girib dedi:
– Ay dədə, buğ yağuvi pişik apardı…
Dostları ilə paylaş: |