VER SUYA İÇ, VER SUDAN KEÇ!
Yayda Kərbala ziyarətinə gedən bir şahsevən, hava isti olduğundan hər dəfə su içəndə, İraqda olan ziyarətgahları ziyarət etmək üçün sudan keçəndə pul verirdi. O, ziyarəti qurtarıb qayıdandan sonra görüşünə gələnlər ondan bu səfərdə nələr gördüyünü soruşanda o deyir:
– Nə görəcağam, ver suya iç, ver sudan keç!
SƏN KÜRƏKƏNSƏN, YA NƏKİRÜ-MÜNKÜR?
Utancağın biri toy gecəsi təzə gəlinə yanaşmaq üçün çox götür-qoydan sonra özünü əli qılıncına vurub soruşur:
– Sən bilirsən üsuli-din neçə danadı?
Tələ çırtmış qızlardan olan təzə gəlin onun cavabında atmaca ilə deyir:
– Denən görüm, sən kürəkənsən, ya Nəkirü-Münkür?
Dostları ilə paylaş: |