GECƏ QIZDIRDI, GÜNDÜZ ÖLDİ! Birinin dədəsi naxoşladı, naxoşluğu uzun çəkdi. Sonra da vurdu öldü. Yaxından-uzaqdan gələnlər hər biri oğlandan dədəsinin nədən naxoşladığını, nə üçün sağalmayıb dünyadan getdiyini soruşanda oğlan başlayırdı uzun-uzadı nağıl etməyə. Buna görə də sözün uzanması ilə nahardan qabaq gələnlər nahara, axşam tərəfi gələnlər də şama qalırdılar. Şəhərin yemək axtaranları, qarın doyduranları da bunu eşidib, bir dəstə nahardan qabaq, bir dəstə də orada axşamçağı döşəyirdilər. Günlər bu sayağı ötür, hər dəfə evdə iki dəfə süfrə açılırdı. Oğlan birdən ayıldı gördü kü, bu uzun-uzadı danışmalar əcəb baha başa gəlir. Bu gün sabah var-yoxdan çıxacaq. Buna xatir soruşanda ki, dədən necə ölüb? O, qısaca deyirdi: – Heç necə, gecə qızdırdı, gündüz öldi.