HƏR KƏS ÖZ İTİRDİYİNDƏN DANIŞIR
Birisinin dəvəsi itmişdi. Axtara-axtara gəlib bir bulaq başına çatdı. Gördü bir qız bulaqdan su doldurur. Soruşdu:
– Ay qız, sən buralarda bir dəvə görmədin?
Qız dedi:
– Sən nə danışırsan, məni kəndxudanın oğlu istədi getmədim.
Dəvəsi itən dedi:
– Mən soruşuram, dəvəmi itirmişəm. Sən onu görməmi- sən?
Qız dedi:
– Məni əmim oğluna verdilər, getmədim.
Dəvəçi nə qədər itmiş dəvəsindən soruşdu, qız özünə gələn elçilərdən danışdı.
Axırda dəvəçi hirslənib dedi:
– Ay canım, mən itirdiyim dəvədən soruşuram. Sən evinizə gələn elçilərdən danışırsan.
Qız dedi:
– Hər kəs öz itirdiyindən danışır.
Dostları ilə paylaş: |