ACIN İMANI OLMAZ
Birisi acından bıxmışdı. Şeytan ona öz əlilə yemək gətirib dedi:
– Mən sənə yemək verirəm, bu şərt ilə ki, yeyib doyandan sonra imanuvi mənə verəsən.
Adam qəbul edir, yeməkdən doyunca yeyir. Yeməkdən çəkiləndən sonra şeytan deyir:
– Yaxşı, indi sən imanuvi ver mənə.
Adam deyir:
– Mən yox şeyi sənə haradan verim.
Şeytan soruşur:
– Məyə demədin imanın mənim olacaq.
Adam deyir:
– Mən bu sözü ac ikən dedim, acın ki imanı olmaz!
QATIR ALAN SOVUŞDU
Bir gün həkim bəzəkli-düzəkli qatıra minib, şəhərə dolanmağa getmişdi. Yol üstə tazaca həşiş çəkmiş bəngilərdən biri nəşəli olduğundan soruşur:
– Qatır satdıqdı?
Hakimin yasavulları onu tənbeh etmək istədikdə hakim qoymur. Axşamüstü hakim haman yoldan qayıdanda genə gözü haman adama sataşır, ona deyir:
– Qatırı neçəyə alırsan?
Adamın halı özünə qayıtdığı üçün deyir:
– Qatır alan sovuşdu.
Dostları ilə paylaş: |