QILINC HAMAN QILINCDI, QOL HAMAN QOL DEGİL!
Belə nağıl edirlər ki, Çaldıran vuruşundan sonra Osmanlı xəlifəsi məktub yazıb Şah İsmayıldan xahiş edir bu vuruşda top lüləsini iki bölən qılıncı ona göndərsin.
Şah İsmayıl Xəlifənin istəyini yerinə yetirib, haman qılıncı ona göndərir. Xəlifə adamlarının hüzurunda qılıncı top lüləsinə yendirir, amma qılınc dəmirə işləmir. İş belə olanda Xəlifə ikinci məktubu qızılbaş şahına göndərir, gileylənir ki, qardaşı bir qılıncı ondan əsirgəmiş, onun yerinə bir Təbriz gurdası göndəribdir. Şah İsmayıl məktubun cavabında yazır:
– Qardaşım, qılınc haman qılıncdı, qol haman qol degil!
Dostları ilə paylaş: |