Armud – armudun özü, ya ağacı – yuxuda umduğuna çatmaq, şirin armud yemək – halal mala əl atmaq deməkdir.
Asqırmaq – yuxuda asqırmaq – xoş xəbərlərlə yozulur, yuxuda özünün və ya özgəsinin asqırmasını görən – sağlam və ya şən yaşamağa çatır.
Aslan – yuxuda aslan görən – bir təhlükəyə uğrayacaq, ancaq bir dost əli ilə bu təhlükədən qurtaracaq. Aslan ilə danışmaq – qüdrətli dostlar tapmaq, aslanın üstünə minmək – böyük nailiyyətlərə əl atmaq, aslan əti yemək – varlanmaq və rahat yaşamaq, aslanın ardınca qaçmaq – düşmənlərin duzağına düşmək kimi yozulur.