Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Aşpaz – yuxuda aşpaz, ya aşpazlıq görmək – bolluğa və yaxşı günlərin qabaqda olduğuna işarədir. At



Yüklə 2,44 Mb.
səhifə68/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   64   65   66   67   68   69   70   71   ...   195
Aşpazyuxuda aşpaz, ya aşpazlıq görmək – bolluğa və yaxşı günlərin qabaqda olduğuna işarədir.

At – ümumən xeyrə yozulur. Ağ at – çox şad bir xəbər eşitmək, qara at – ağır bir düşüncəyə dalmaq, qoca at – boş işlər dalınca sürünmək, ata minmək – muradına çatmaq, atdan düş­mək – aldanmaq, atı yem yeməkdə, ya kişnəkdə görmək – yara­maz bir qadın təhlükəsinə uğramaq, at balası, dayça görmək – boşboğazlıqdan bəlaya düşməyə yozulur.
Ata – yuxuda atanı gülər üzlü görmək – işlərin avand ol­ması ilə yozulur. Atanı qüssəli və dalğın görmək – sizdən in­cik­liyinə işarədir. Dünyadan getmiş atanı görmək – onun xati­rəsinə daha da sayğı bəsləməyinizi tələb edir. Atanın ailəni bu­raxıb getməsi – acı bir xəbər alacağınıza işarədir.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin