Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə73/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   69   70   71   72   73   74   75   76   ...   195
Cigər (ağ) – cigər yuxuda şadlıq və sevinc nişanəsidir. Birindən cigər almaq sevincli bir hal duymaq, birinə ağ cigər vermək ona xeyir vermək deməkdi.
Cigər (qara) – qara cigər yuxuda varlanma, övlad, bilik, bol­luq nişanəsidir. Qara cigər yemək çox pula çatmaqdır. Bi­rindən qara cigər almaq onun varından və biliyindən fayda­lan­maqdır. Qara cigər tapmaq ummadığı bir adamdan yaxşılıq görəcəyini göstərir.
Corab – yuxuda corab alanın çıxarı gəlirini üstələyəcək. Rəngli corab ötəri bəzək-düzək, iplik corab asudə yaşayış, yamaxlı corab işdə bacarıq və cəsarət, corabı soyunmaq qüssə və iftiraya uğramaq kimi yozulur.
Cövüz (girdəkan) – yuxuda cövüz vuruşma və vuruşdurma deməkdir. Cövüz yığmaq yersiz bir hərəkətlə başqalarını bir-birinin canına salmaq, cövüz yemək işləri düzəlmək, çürük cövüz pis halda aldanmaq, cövüzü qabıqdan arıtmaq düşmənlərə qalib gəlmək, cövüz ağacına çıxmaq nüfuzlu bir adama söy­kənib, ondan faydalanmaq deməkdir.
Çadır – yuxuda çadır qurmaq xeyrli işə əl qoymaq, çadır içində oturmaq şan-şöhrətə çatmaq, çadır yığmaq işlərin alt-üst olması və ziyana uğramaq nişanəsidir.
Çalı tikanı – yuxuda çalı tikanı görmək işlərin qatma-qarışıqlığı və kədər nişanəsidi. Çalı tikanını söküb atmaq ağırlıqlar və kədərlərdən qurtuluşa işarədir.

Çamur (palçıq) – yaş palçıq yuxuda xeyrə yozulur. Quru palçıq onun əksinə yozulur. Çamurlu yol nəticəsiz səfər, çamurlu düzənlik bir düşmənin səni izlədiyinə işarədir.
Çaqqı – yuxuda çaqqı görmək ailədə dedi-qodu kimi yozulur. Açıq çaqqı düşmənlərin sıxıntısına düşmək, böyük çaqqı bir təhlükəyə uğramaq, sınıq çaqqı əldən getmiş yaşayışı yenidən aramaq, ağ sinli çaqqı nemət və izzət, qara saplı çaqqı kədərə və böyüklərdən danlaq eşitmək, çaqqı tapmaq işlərin qatma-qarışıqlığı, çaqqı satmaq qüssə və ağrılardan qurtarmaq deməkdir.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin