Dəliqanlı – yuxuda sevimli və üzügülər bir dəliqanlı görmək sevinc və iqbal, xəşm və qaraqabaqlı dəliqanlı kin-küdurətə işarədir.
Dəllal – yuxuda dəllal görmək, ya dəllala iş tapşırmaq çoxlu dedi-qodu və yalan-palana şahid olmaq və yaxasını yaltaq adamların əlinə vermək kimi yozulur.
Dəmir – yuxuda dəmir tapdamaq birinin sizlə pis davranacağı deməkdir. Əyri-üyrü dəmir görmək yaxınlarınızdan birinin sizdən incimək nişanəsidir. Dəmirdən qayrılmış alətlər əmin-amanlığa çatmaq deməkdir.
Dərviş – yuxuda dərviş görmək xeyrə yozulur, dərvişlə qonuşmaq bir zəngin, ya ariflə dost olmaq və ondan faydalanmaq deməkdir. Özünü dərviş biçimində görmək qəni, ya arif olacağınıza işarədir.
Dərya (dəniz) – yuxuda dəryanı sakit və durğun görmək bolluq və rahatlıq anlamındadır. Dəryanı dalğalı və köpürmüş görmək bir təhlükəyə uğramaq, saf və mavi dərya işlərdə uğur qazanmaq, tutqun və bulanıq dəniz işlərin tərsə gedişi kimi yozulur.
Dərs – yuxuda özünü dərs oxumaqda görənin qabağına canlara dəyən dost çıxar. Dərs oxumaqdan boyun qaçırmaq tənbəlliyə, dərsini oxuyub bitirmək az zamanda ad və etibar sahibi olmağa yozulur.