Gözətçi – yuxuda gözətçi görmək, ya gözətçi olmaq bacarıq və qüdrətin çoxalmasına işarədir.
Göyərçin – yuxuda bir göyərçinin uzaqdan uçub gəldiyini, ya birinin sənə göyərçin verdiyini görmək uzaq yerdə xoş xəbərlər almaq və əlinə mal toplamaq kimi yozulur. Yuxuda başına, ya çiyninə göyərçin qonduğunu görən səadətə uğrar. Göyərçini qaçırmaq, satmaq, öldürmək fənadır.
Göy qurşağı – yuxuda göy qurşağı görən adam, görəcəyi işlərdə müvəffəqiyyət qazanır, bütün istəkləri yerinə yetirilir.
Gül – yuxuda adamın sevdiyi və xoşladığı gülü görməsi – xoş günlərə çatmasına, gül toplaması – xoş xəbərlər eşidəcəyinə və arzularına çatmasına, topladığı gülün rəngi qırmızı olursa sevinc və sözünün ötgünlüyünə, ağ olursa-dövlət və iqbala, sarı olursa – xəstəliyə yozulur.
Halva – yuxuda halva dadlı söz və qiymətli öyüd kimi yozulur. Halvaçı kəramətli bir kimsə anlamındadır. Yuxuda birinin sənə halva verməsi ondan maddi və mənəvi faydalandığına, sənin birinə halva verdiyin onun haqqında yaxşılıq edəcəyinə işarədir.
Hamam – yuxuda hamama girmək – sıxıntı və kədər, hamamdan çıxmaq şadlıqdı. Hamamda yuyunub arınmaq – borcdan qurtarmaq, suyun dağ olduğu – həyatda xəstəlik və taqətsizlik, ilıq olduğu sağlamlıq və işlərin qərarında olduğunu göstərir.
Haca getmək – yuxuda Məkkəyə getmək, ya özünü Məkkədə ziyarətdə görmək, istək və arzuların yerinə yetirilməsinə işarədir. Yuxuda Məkkəyə getmək istədiyi halda gedə bilməzsə – muradına çatmayacaq.