Kürk – yuxuda qışda kürk geymək – xoş günlər və şadlığa, yayda kürk geymək – sıxıntı və kədərə yozulur.
Külə – yuxuda külə adam görən – düşmənə qələbə çalar. Bir külə ilə qonuşan – yalançı və kələkbaz bir adama uğrayar, lakin ondan zərər görməz. Külə bir qadınla görüşən – işində ziyan görər.
Kül – kül yuxuda faydasız bilik və mal kimi yozulur. Yuxuda kül yığdığını, aldığını, daşıdığını görən – bilik və malından nə özü faydalanır, nə də özgəsinə bəhrə verir. Kül yediyini görən haram yeyər. Öz başına kül səpdiyini görən – gördüyü yaramaz işdən peşmanlıq çəkər. Kül üstündə oturmaq – fisqifəsadla uğraşmaqdır.
Küncüt – yuxuda küncüt – get-gedə artan var ilə yozulur. Küncüt almaq xeyirli, satmaq fənadır. Küncüt əkmək bəhrəli işə əl atmaq, əzib yağını çıxarmaq – varından yaxşı faydalanmaqdır.