Məmə – bir boylu qadın, ya onun ailə adamlarından biri yuxuda məmə görərsə o qadının çox sağlam bir uşaq dünyaya gətirməsinə işarədir.
Mərcan – yuxuda mərcan – əyal və övlad ilə yozulur. Mərcan almaq, ya mərcan tapmaq – subay üçün evlənmək, evli üçün övladdır. Birindən mərcan alan – onun varından faydalanır.
Mərmər – mərmər yuxuda var və sevinc ilə yozulur. Ağ və parlaq mərmər – halal mal, qırmızı mərmər mirasdan qalma mal, qara (şəvə) mərmər – oğurluq və əyrilikdən ələ gələn mal deməkdi.
Mürəbbə– yuxuda mürəbbə – bol gəlir və varlanmaq nişanəsidir. Evdə mürəbbə bişirmək rahatlığa çıxmaq deməkdi.
Mürəkkəb – yuxuda mürəkkəb görmək – yaşayışda çalışqanlığa və murada çatmaq nişanəsidi. Mürəkkəbin calandığını görmək zərərə işarədi. Davatın mürəkkəblə dolu olduğunu görmək ailə həyatında salihə və savadlı bir əyal deməkdi.
Müştəri– yuxuda müştəri görmək bir darda qalmış, çarəsiz adamla rastlaşmaq nişanəsidir.
Nal – yuxuda hər nə şəkildə olur-olsun, nar görmək qazanc və şad xəbər kimi yozulur. Minik heyvanlarının nallandığını, ya özü nalladığını görən işlərində göstərdiyi bacarıq və ardıcıllıqdan dövlətlənər. Nal düzəltdiyini, ya tapdığını görən – faydalı bir işə əl qoyar. Nalı itirmək, nalı birinə vermək xeyrə yozulmur.