Namaz – hər niyyətə olur-olsun üzü qibləyə namaz qılmaq – dünya və axirətə uğramaq, murada çatmağa yozulur.
Nanə (nəna) – yuxuda nanə görmək xeyrə yozulmur. Nanə satın almaq, nanə dərmək, nanə yemək – qəm, qüssə və ağır yaşamağa işarədi.
Naz-qəmzə – yuxuda naz-qəmzə satan adam istər qız, ya oğlan olsun – sevgidə uğursuzluğa uğrayacaqdır.
Nərdivan – yuxuda nərdivana qalxmaq – böyük bir işi başa çatdırmaq sayəsində şan-şöhrətə çatmaq, nərdivandan enmək – ələ düşmək, böyük bir fürsəti əldən vermək, nərdivandan yıxılmaq düşmənə basılmağa işarədi.
Novdan – yuxuda novdan görmək – tanınmış və xoşniyyət bir adamla tanış olmaq, yağış yağmadan novdandan su axdığını görmək – fitnə və fəsada, yağış yağarkən novdandan saf və dumduru suyun axdığını görmək – bolluq və ucuzluq, suyun bulanıq gəldiyini görmək – qıtlıq nişanəsidi.