Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə94/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   90   91   92   93   94   95   96   97   ...   195
Novruz bayramı – yuxuda Novruz bayramını görmək – böyük şadlıq və aydınlıq kimi yozulur, hər cür darlıqdan, üzüntüdən qurtarmaq, arzu-istəyə çatmağı göstərir.
Nuh – yuxuda Nuh peyğəmbəri görmək – səadətə yozulur. Yuxu görən olduqca uzun yaşayır, hər cür gözlənilməz hadi­sələrdən qurtarır, çətinliklərə üstün gəlir.
Ocaqyuxuda ocaq qurmaq, ya ocaq alışdırmaq – evlən­mək və ailə qurmağa yozulur. Ocağı yanıq halda görən – ailəsi ilə şən və məsrur yaşar, ocağın sönməsini, ya yıxılmasını gör­mək – ailədən nemətin azalması və rifahın zəvalı ilə yozulur.
Od – yuxuda od görənin uzaqdakı qohumundan xəbər gələr. Od yandıran kədərli xəbər eşidər. Odu söndürmək – səfalətdən qurtarmaqdır. Qaranlıqda xalqa yol göstərmək üçün yandırılan od – təcrübə və bilgiyə yiyələnmək, gündüz yel üstə yandırılan od – boş işlərlə məşğul olmaq deməkdir. Oda ibadət etmək – şeytanın qul­luğunda olmağı, od yediyini görən – yetim malı və ya beyt-lümala əl dolaşdırmağı göstərir. Göydən od yağmaq – o yerdə yaşa­yan­ların ağır sıxıntıya məruz qalacaqları ilə yozulur.
Odun – yuxuda odun (istər yaş, istər quru) görmək düşmən­lik, münaqişə, həsadət və dedi-qodu ilə yozulur. Dağdan, ya me­şədən odun qırıb gətirmək, ya odun alıb satmaq – camaatla söz güləşdirməkdə, ya çəkiş-bərkişdə olmaq deməkdi.
Ox – yuxuda ox atmaq – elçi göndərmək kimi yozulur. Ox nişana tuş olursa, göndərilən elçi işi bitirir, dəymirsə iş korlanır. Atılan oxun süzub getdiyini görənin şöhrəti çoxalır. Onun camaat arasına düşdüyünü görənin sözü ötgün olur.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin