Omba – yuxuda omba (bud) görmək – yuxu görənin öz ailəsinə-obasına bağlı olduğunu bildirir. Ombasında ağrı duyan adam qəribliyə düşər.
Ordu – yuxuda ordu görmək, ya orduda olmaq – arada bir pozğunluğun və münazeənin baş verəcağına işarədir.
Oruc tutmaq – yuxuda ramazan orucunu tutduğunu görən – o ili naxoş olmaz, yaşayışda korluq çəkməz. Nafilə oruc tutmaq – bəşarətə, qazanc, darlıqdan qurtarmaq ilə yozulur. Bilmədən orucunu yeyənin ruzusu bol olur. Bilə-bilə oruc yeyənin əlindən xəta çıxar.
Öpüş – yuxuda boyun öpmək – ehtiyacdan qurtarmaq və düşmənə qalib gəlmək deməkdir. Bir adamla öpüşmək, ya qucaqlamaq məqsəd və istəyə çatmaq nişanəsidir.
Ördək – yuxuda bir tək ördək görmək – xoşbəxt ailə qurmaq, bir sürü ördək görmək – ucuzluq, bolluq və bərəkətə yozulur. Üzməkdə olan bir dəstə ördəyi görmək – yaşayışdan razı qalmaq deməkdir.
Ögey – yuxuda ögey ata, ana, qardaş görmək – ürək sıxan bir xəbər eşitməyə yozulur.
Öküz – yuxuda öküz görmək – şadlıq, var-dövlətə işarədi. Öküzü oxşamaq xeyirli bir işə əl qatmaq, öküzə dəymək – zərər görmək, öküzə minmək – iqbala çatmaqdı. Ətli-öküz – xeyir bərəkət, arıq öküz – darlıq və yoxsulluq deməkdi.
Ölü – ölü yuxuda xəbər deməkdi. Bir ölü ilə qonuşduğunu görən – ölü gülər üzlü olursa – yaxşı, dalğın olursa – yaman xəbər eşitməkdir. Ölmüş atasını, ya anasını dirilmiş görən – murada çatır.