Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Pəri – yuxuda pəri görmək – pəri gülərüzlü və gözəl olursa – bəşarət, qızğın və çirkin olursa – fəlakətdi. Pəncərə



Yüklə 2,44 Mb.
səhifə97/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   93   94   95   96   97   98   99   100   ...   195
Pəri – yuxuda pəri görmək – pəri gülərüzlü və gözəl olursa – bəşarət, qızğın və çirkin olursa – fəlakətdi.
Pəncərə – yuxuda pəncərə görmək – mala-mülkə və xoş­bəxtliyə çatmaqdı. Yuxu görən – sıxıntı içində olursa, ondan qur­tulur, xəstə isə sağalır, subay isə evlənir və xoşbəxt həyat sürür, evli isə rifaha çatır.
Pənir –yuxuda pənir görmək, ya pənir yemək qazanc və varlanmaqdır. Pənir quru (köhnə) olursa – zəhmət ilə ələ gələn qazanc, təzə isə rahatlıq ilə gələn qazanc sayılır.
Portağalyuxuda portağal görmək, almaq və yemək – portağal şirin olursa – var-dövlət, turş olursa – sıxıntı və nasazlıqdı.
Posgül (məngülə) – yuxuda posgül – istər ipək və istərsə də iplikdən olur-olsun – izzət, ehtiram, murada çatmaq, evli üçün övlad və səfər, subay üçün evlənmək deməkdi.
Püfləmək – ocağı alışdırmaq üçün püfləmək- gizlin işin aşkara çıxacağına işarədi.

Saat – yuxuda saat görmək – təzə bir xəbər almaq, saat zən­gi eşitmək – bir çağırış almaqdır. İşlək saat çalışqanlıq, yat­mış saat durğunluq nişanəsidi.
Saç – yuxuda saç var-dövlət və uzun ömrə yozulur. Ar­vadın yuxuda saç hörməyi xeyrə yozulur. Kişi yuxuda saçın uzanmasını görsə – boylu arvadı oğlan doğacaq. Yuxuda saçını kəsmək, ya saç kəsdirmək yaxın günlərdə görüləcək işin təh­lükəli olmasını bildirir. Saçın tez ağardığı – çalışqanlığa, saq­qalın bir başa ağardığı – yoxsulluğa yozulur.
Saqqa (su paylayan) – yuxuda saqqa olub, xalqa su pay­lamaq xeyirxahlıq deməkdir. Saqqa kimi öz evinə su daşımaq pul birikdirmək, suyu başqa evlərə daşımaq – əlində olan pulu özgələrə bağışlamaq, camaatdan su istədiyini soruş­duğunu görən – xalqı doğruluğa yönəltmək kimi yozulur.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin