Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


XIII. YEKANAT VƏ HƏMƏDAN FOLKLORU



Yüklə 2,44 Mb.
səhifə126/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   122   123   124   125   126   127   128   129   ...   195
XIII. YEKANAT VƏ HƏMƏDAN FOLKLORU
Yekanat mahalında Novruz bayramı
Kəhrizyekəndə Novruz bayramına “Əmir bayramı” da de­yir­lər. Bildiyimizə görə Həzrəti-Əli Əleyhəssəlam Novruz bay­ra­mın­da xilafətdə oturmuşdur. Beləliklə, bu bayrama məzhəbi rəng ve­rə­rək bu rəsmləri mütəəssib adamların etirazlarından qorumuşlar.

“Novruz” kəlməsi müxtəlif anlamlarda yozulub. O cümlə­dən Novruz kişilərə qoyulan adlardandır. Habelə Novruz gül adıdır. Yazın ilk günlərində qar əriməyə başladıqda, hələ başqa otlar, güllər göyərməmişdən təpələrdə, dağlarda ərimiş qar ara­sından özünü eşiyə atmış, bir ağ saqəli, göy rəngli, tək güllü, ba­laca və zərif bir gülün adına da Novruzgülü deyirlər.


Axır çərşənbə
İlin axır çərşənbəsi müxtəlif mərasimlərlə tutulur. Çərşən­bədən qabaqkı axşam od yandırıb, üstündən atlanarlar. Odun üstündən atılanda bu sözləri deyərlər: “Ağırlığım, uğurluğum düşsün bu od üstünə”. Bu gecə “yeddi ləvin” hazırlanar. “Yeddi ləvin” yeddi növ quru yemişdən olur. O cümlədən, iydə, kişmiş, cövüz (qoz), badam, basdıq, tut qurusu və sairləri demək olar.

Bu gecə evlərdə küftə bişirilər, sayı ailənin sayına görə olar və bir dənə də “qayib payı” adı ilə artıq salınar ki, qonaq yetişsə, onun da payı olsun.



Arvadlar və qızlar niyyət edib qonşu qapılardan qulaq asar­lar, ya bir neçə nəfər danışan adamların yanından keçərək, eşit­dikləri sözləri öz yanlarında təbir edərlər. Ona görə hər evdə yax­şı sözlər danışmağa çalışarlar ki, əgər qulaq asan olmuş olsa, xeyrə yoza bilsin. Ata-ana uşaqlara, danışıqlarına məvazib ol­maq üçün təkid edərlər. Özləri də o gecə uşaqları danlamaqdan və qarğış etməkdən çəkinərlər, xüsusilə ölüm barəsində söhbət etməzlər.

Bu gecənin rəsmlərindən biri şal, ya bərək sallamaqdır. Cavan oğ­lanlar qonum-qonşu damına gedərək, şal, ya bərəklərini (bel şa­lını) bacadan içəriyə sallayarlar. Ev sahibi onun ucuna bayramlıq olaraq bir zad bağlayar, nişanlı oğlanlar qaynatanın damına gedib, şal sallayarlar. Sabah hamı səhər tezdən yuxudan durar. Oğlan uşaqları evdən çıxıb, üç dəfə su arxından atılarlar. Bəziləri qəbiris­tanlığa gedib, orada olan daş qoçun qarnının altından keçərlər.

Arvadlar isə o başdan özlərini kəhrizə yetirərlər və səhəng­lərini doldurub qayıdarlar. Bu su gərək gün çıxmamışdan evə yetişmiş ola. Su qabı evə yetişincə yerə qoyulmamalıdır. Bu suya çərşənbə suyu deyirlər. O gün çay gərək bu su ilə qoyulsun. Deyərlər çərşənbə suyu üçün hər kimin muradı olsa, ona yetişər.

Bayramdan qabaq evləri tökər, təmizlər və çırparlar. Ev çırpmaq bu mənadadır ki, qəbiristanlığın şimalında “Əliyar gü­neyinin” ətəyində olan, məxsus ağ (müxtəsər sarıya çalan) bir torpaqdan gətirib, yekə teştlərdə suya töküb, süpürgəni ona batırıb divarlara çırparlar. Beləliklə, divarları ağardarlar.

Ürfə. İlin axır gününə ürfə deyirlər. Hər evdə bu gündə halva bişirilib novalaya (lavaş arasına) büküb dəstərxana bağlayıb, qəbiristanlığa apararlar.

Hər tayfa öz qəbiristanlığında bir başdan başlayaraq, hər kəsin ən yaxın və əziz adamının qəbrinə yetişdikdə qəlbirlərini qəbrin üstünə qoyub, fatihə verərlər. Fatihə verildikdən sonra dəstərxan açılar, qəlbirlərdəki halva orada olanların arasında paylanar. Bu iş axıracan davam edər. Beləliklə, bir növ halva ilə dolu gedən qəlbirlər cürbəcür halvalarla dolu evə qayıdar.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin