Boyunbağı – yuxuda boyunbağı görmək – kişi üçün sıxıntı, kədər, xəstəlik; qadın üçün evlənmək – övlad, var-dövlət kimi yozulur.
Böcək – yuxuda böcək görmək – əlindən iş gəlməz düşmən və ya qovğaçı bir kişi, ya alaşa bir arvadla üzbəüz olmaq deməkdir. Böcəyi öldürmək, kədər və sıxıntıdan, düşmən şərindən qurtulmaq kimi yozulur.
Buğa – yuxusunda buğa görən, ya buğa ilə dögüşən itirdigini tapır. Buğanı yaralayan, ya öldürən özgələrdə qısqanclıq doğurur. Buğanı evində görmək məqam və rütbəyə çatmaq deməkdir.
Buğda – yuxuda buğda görən bütün arzularına çatar. Buğda görmək xeyirli bir işə əl qoymaq, buğda sünbülü – bir itki tapmaq; buğda satmaq – ər-arvad arasında dalaşma və ayrılıq; buğdanı yandırmaq – zərər, ziyana uğramaq deməkdir.