Güntay Gəncalp (Cavanşir)


Müasir İran reallığında səfəvilik hansı formada davam edir? Bu gün səfəvi idealogiyası davam edirmi?



Yüklə 1,37 Mb.
səhifə26/32
tarix01.01.2022
ölçüsü1,37 Mb.
#105321
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
Müasir İran reallığında səfəvilik hansı formada davam edir? Bu gün səfəvi idealogiyası davam edirmi?
Səfəvilərdən sonra İran qaranlığa gömüldü. Ortada bir Nadir Şah bu qaranlığa qarşı çıxdı. Ancaq onun da görmək istədiyi işi yaraımçıq qaldı, öldürüldü. Bugün mənim sadəcə bir kitabıma görə bu qədər narahat olub üzülən varsa, görün Şah İsmayıl mirasını ortadan qaldıran Nadir Şah necə böyük insanmış və necə böyük iş görmək istəyirmiş. Sovetlər və İran Nadirin bu təşəbbüsünün bilinməsini istəməzdilər. Sanki tariximizdə Nadir Şah Olmamış. Çünkü Nadir Şah tam anlamı ilə şah İsmayıl düşməni idi. Nadirin işi yarım qaldı və Səfəvilik öz həyatına günümüzə qədər davam etdi. İran məşrutə hərəkəti də modern səfəvilikdən başqa bir şey deyildi. Pəhləvilər, eləcə də Xomeyni tam anlamı ilə mükəmməl modern bir Səfəvi modelidir. Çünkü İslamda mollalıq qurumu deyə bir şey yoxdur. Bunu təsis edən də Şah İsmayıl olmuş. Şah İsmayıl Livandan şiə mollalarını Təbrizə gətirib və iqtidarın mənəvi legetimliyini onlara buraxdı. Daha sonra davam edən bu molla axını Səfəvi iqtidarını paylaşdı. Özlərini güya qeybə çəkilmiş Mehdinin nümayəndəsi saydıqları üçün Səfəvi şahları belə iqtidarlarının legetimliyini onlardan almalı idilər. Mollalar feodallaşdılar. Dövləti ələ keçirdilər. Günümüz İran molla rejiminin əsasları, dövlət və dini strukturları Səfəvilər dönəmində şəkillənmişdir. Bunu İran molla rejiminin önəmli ismləri açqıca söyləməkdədirlər. “Biz Səfəvi varisləriyik” deyirlər. Səfəvilərdən sonra düşünmək yasaqlandı. Əgər Dekart “düşünürəm elə isə varam” deyirdisə, Səfəvi mollalıq qurumu “düşünmürəm, təqlid edirəmsə varam” anlayışını yayqınlaşdırdı. Mollalar Səfəvilərdən etibarən millətin namusuna, malına sahib oldular. Millətin də tarix şüuru söndürüldü və təslim oldu. Mollaların fitvasına təslim oldu. İran-İraq savaşında Xomeyninin çağrısı üzərinə yüzminlərcə Türk könüllü olaraq gedib savaşda öldü, yaralandı, müharibə atəşlərində yanıb yox oldu? Nədən könüllü? Çünkü səfəvilik bizim düşünən ağılımızı kor etdi. Səfəvilərdən sonra biz mollalara yem edildik. Gəncliyimiz, bütün varlığımız mollaların əlində oldu. İstədikləri kimi qullandılar. Sanki biz yaradılışdan mollalara yem edilmək üçün yaradılmışıq. Əgər Şah ismayıl 1501-ci ildə Təbrizdə 20 min Türkü sünni olduqları üçün qətl etdisə, Xomeyni də 1987-ci ildə 70 min insanı fərqli görüşündən dolayı qətl etdi. İndi insan haqları təşkilatları Xomeyninin törətdiyi bu qətli araşdırır. Qətldə əli olanları imkan daxilində məhkəməyə çıxaracaqlar. Biz də modern insanlar olaraq Şah İsmayılı milli və insani şüurumuzun məhkəməsinə verməliyik. Bu qatilin gerçək kimliyini və davranışlarını ifşa edərək bəşər tarixinə təqdim etməliyik. Bir çox millətlər bu işi görürlər. Bu işi görmənin yararı ondadır ki, gələcəkdə də Şah İsmayıl və Xomeyni kimi qatillərin tarixə girməsinin qarşısı alınmış olar. Bugünkü İran İslam rejiminin ideologiyası Şah ismayıl tərəfindən ortaya qoyulmuşdur.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin