Гур`анла мүалиҹӘ



Yüklə 1,58 Mb.
səhifə7/29
tarix17.11.2018
ölçüsü1,58 Mb.
#83426
1   2   3   4   5   6   7   8   9   10   ...   29

Əraf” surəsi


(əl-Məss)
-1-Əbi Bəsirdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurub: Əraf surəsini hər ayda bir dəfə oxuyan şəxs, Qiyamətdə o kəslərdən olacaqdır ki, Allah-taala buyurur: Onlar qorxmazdır və qəmli olmazlar. Bu surəni həftədə bir dəfə oxusa, hesab kitabı asan tutulan insanlarla bir yerdə olacaqdır. Həmçinin möhkəmatın (aşkar dəlalət edən, başqa mənada olmayan ayələr) biri bu sərədədir. Belə isə onu oxumağı tərk etməyin. Çünki, Qiyamət günündə onu oxuyan şəxsə şəhadət verəcəkdir.

-2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən rəvayət etmişdir ki, Allah-taala Əraf surəsini oxuyan şəxmlə-şeytan arasında bir pərdə qərar verər və Qiyamət günündə Həzrəti Adəm (ə) ona şəfaətçi olar.

-Hər kəs bu surəni yazıb özündə saxlasa düşməndən amanda qalar və heç vaxt gümrah (yolunu azmaz) olmaz.

-Hər kəs aşağıdakı ayəni oxuyub, az yatmasını Allahdan istəyə həqiqətən istədiyinə nail olar., və həmçinin Şeytandan qorxanda bu ayələri oxuyun.

Ayə: "İnnə rəbbukumullahul-ləzi xələqəsəmavati vələrzə fi sittəti əyyamin sümməstəva ələl ərşi yuğşilləylən-nəharə yətlubuhu həsisən vəşşəmsə vəlqəmərə vənnucumə müsəxxəratin biəmrihi, əla ləhul xəlqu vələmru təbarəkəllahu rəbbul aləmin (54) Udu rəbbəkum təzərruən xufyətən, İnnəhu la yuhibbul mutədin (54). Vəla tufsidu fil-ərzi bəədə islahiha vəduhu xəvfən vətəməən, İnnə rəhmətəllahi qəribun minəl muhsinin" (Əraf 56).

[Bu ayələr səxrə ayələri adı ilə də tanınmışdır].

Yuxu sənə qələbə etməsiş deyə, bu ayəni suya oxu və sonra bəninini onunla yu: Ayə: "Vələmma caə Musa limiqatina kəlləməhu rəbbuhu qalə rəbbi ərini ənzur iləykə. Qalə lən tərani vəlakinin zur iləl cəbəli cəələhu dəkkən xərrə Musa səiqən. Fələmma əfaqə Qalə subhanəkə tubtu iləykə ənə əvvəlul muminin. (Əraf-143)

********

Ənfal” və “Tövbə” surələri


(Fazihə, əzabul cus və………)
-1-Əbi Bəsir rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurur: Ənfal və tövbə surəsini ayda bir dəfə oxuyan şəxsin qəlbində nifaq olmaz və o Əmirəlmöminin Əlinin(ə) şiələrindən olar.

-2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edir ki: Hər kəs Ənfal və Bəraət (Tövbə) surəsini oxusa, Qiyamət günündə ona şəfaət, şəhadət verərəm. O nifaqdan uzaqdır. Dünyadakı münafiqlərin sayı qədər ona həsənə (savab) verilər. Onun on günahı götürülər (silinər) on dərəcə onun dərəcələrinə artırılar.

Ərş və rəşi həml edənlər yaşadığı müddətdə onun üçün rəhmət tələb edərlər. Qiyamət günü xalqın hesabı qurtarana kimi Behişt süfrələrindən (yeməklərindən) yeyər.

3-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Ənfal və Bəraət surəsini oxuyan şəxsə şəfaətçi olacağam…. Hədisin sonuna qədər ki, onu Ənfal surəsinin başlanğıcında qeyd etdik. İmam Sadiq (ə) buyurdu: Ənfal və Bəraət ikisi bir surədir. Bu mətləb həmçinin Səid ibn Musəyybdən də rəvayət olunub. Səələbi özünün söylədiyi sənədlər (hədislərə) əsalanaraq Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Quran ayə-ayə hərif-hərif nazil oldu, amma Bəraət və Qulhuvəllahu əhəd surəsi yetmiş cərgə mələklərlə bütövlükdə mənə nazil oldu. Onların (surələrin) hər biri deyirdilər: Ey Muhəmməd (s.ə.v.v) Allaha yaxınlaşmaq barəsində yaxşılığa sifariş et.

Aşağıda zikr edilən ayədə yeddi xüsusiyyət vardır: 1-İzzət; 2-Rəfət (ucalıq); 3-Vüsət; (bolluq), 4-Nemət və hikmət (böyüklük), 5-Məəhəbbət, 6-Qüvvət, 7-Qüdrət. Onu 66-dəfə ya 48-dəfə təkrar edin. Ayə: "Həsbuyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu huvə rəbbul ərşil-əzim."(Tövbə-129)

Vəsvəsəni, narahatlığı, və pis güman (sui zənn) rəf etmək (uzaqlaşdırmaq) üçün bu ayələri oxuyub özündə saxla.

Ayə: " iza Qərəətəl Quranə cəəlna bəynəkə bəynəl-ləzinə la yuminunə bilaxirəti hicabən məsturən. (45) Vəcəəlna əla qulubihim vəqrən, iza zəkrətə rəbbəkə fil Qurani vəhdəhu vəlləvə əla ədbarihim nufurən" (İsra-46)

"Fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu huvə rəbbul ərşim əzim. (Tövbə-129)."

Yunussurəsi

1-Fəzl ibn Rəssan nəql edib ki, imam Sadiq (ə) belə buyurub: Yunus surəsini hər iki ya üç ayda bir dəfə oxuyan şəxsin cahil və nadan olmasından qorxusu olmaz. O Qiyamətdə Allahın dərgahına yaxın şəxslərdən olacaqdır.

2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Allah-taala ona, Yunusu (ə) təsdiq edənlərin, və yaxud onu təkzib edənlərin, və Fironla birlikdə qərq olanların boğulan sayı qədər on həsənə (savab) əta edər.

*****


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin