“Rəd” surəsi
1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Sadiq (ə) buyurdu: Hər kəs Rəd surəsini çox oxusa, hərçənd Əhli-beytin düşmənlərindən olsa belə Allah onu dünyada ildırım vurmaqla həlak etməz. Əgər şiə qarilərindən (Quran oxuyanları) olsa, Allah onu hesab-kitabsız Behiştə daxil edər, ailəsinin mömin qardaşlarının və dostlarının barəsində etdiyi şəfaəti qəbul olunar.
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Rəd surəsini oxusa ona on savab əta olunar ki, xilqətin (yaranışın) əvvələrindən Qiyamət gününə kimi yaranan buludlarla eyni səviyyədə olar. Qiyamət günündə o kəslərdəndirlər ki, onlar öz əhdlərinə vəfa etmişlər.
Şeyx Bəhaidən nəql olunub ki, qadınların hamilə olması üçün bu ayəni "Vələv ənnə Quranən suyyirətbihil cibalu, əv quttiət bihil ərzu, əv kullimə bihil məvta, bəllillahil əmru cəmiən." (Rəd 31).
Muqəttəə hərifləri ilə yazıb (vav, lam, vav, əlif, nun, qaf, ra, əlif, nun, əyn…) həyat yoldaşının böyrünə bağlasan, hamilə olar. (O dedi: bunu 900 qadına bu nüsxəni yazdım hamısı hamilə oldular).
Dostları ilə paylaş: |