Гур`анла мүалиҹӘ



Yüklə 1,02 Mb.
səhifə2/97
tarix02.02.2022
ölçüsü1,02 Mb.
#114162
1   2   3   4   5   6   7   8   9   ...   97





Quran oxumağın savabı

1-"Qurandan bacardığınız qədər oxuyun." (Müzzəmmil surəsi-20-ci ayə)

2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır.

(hər bir dərdin özünə münasib nüsxəsi vardır. Bu nüsxə min dərdə dərmandır).

3-Quran müəllimləri və gecələr oyaq qalanlar, mənim ümmətimin ən şərafətlisidirlər.

4-Quran oxumaq mənim ümmətimin ən şərafətli əməllərindən sayılır.

5-Quran oxumaqla öz evlərinizi işıqlandırın. Yəhudi və Nəsranilər kimi onları gorda saxlamayın, ki, Kilsə və məbədlərdə namaz qılıb, öz evlərində isə vaxtlarını batil keçirirdilər. Çünki, Quran oxunan evdə xeyir-bərəkət artar. O evin əhlinin ruzisi bol olar. Quran oxumaq o mənzilə nuraniyyət bağışlayar. Səma, ulduzları dünya əhlinin işıqlandırdığı kimi, səma əhlini nuraniləşdirər.

6-Keçmişin və gələcəyin xəbərləri, və sizin aranızda baş verən, həqiqətlərin hamısı Allahın kitabındadır.

Bu elə bir kitabdır ki, haqq ilə batinin arasında fərq qoyandır, bihudə və ləğvin yox. Onu oxumaqla, xalq batil şeylərə meyllənməz, və dünya alimləri, onun mərifət dəryasından doymazlar. Çünki bu asimani kitab, həqiqətlərin sərçeşməsi və hidayətin mənbəyidir. Çoxlu və təkrar-təkrar oxumaqla köhnəlməz, və onun möcüzələri tükənməzdir. Bu elə bir kitabdır ki, hər bir sitəmkar əgər onu tərk etsə, Allah onu məhv edər. Hər kəs Qurandan azca hidayət tapmağa çalışsa Pərvərdigar onu öz başına buraxar, O, (Quran) Allahın möhkəm ipi və düzgün yoludur. Hər kəs ona əməl etsə, dəyərini alıb, əbədi savaba nail olacaqdır. Hər kəs onunla (Quranla) hökm etsə, ədalətlə davranmışdır, və hər kəs xalqı bu kitaba tərəf çağırsa, düzgün yola dəvət etmişdir.

7-Hər kəsin danışığı Quran və evi məscid olsa, Allah-taala Behiştdə onun üçün bir bina qərar verər.

8-Allahla danışmaq istəyən Quran oxusun.

9-İmanlı şəxs cavanlıqda Quran oxuyursa, Quran onun əti və qanı ilə qarışar.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin