Quranı oxumazdan əvvəl oxunan dua
İlahi Quranı haqq və düzgünlüklə nazil etdin.
Ey İlahi! mənim meyl və rəğbətimi Qurana nisbət çoxalt. onu mənim gözümün nuru, qəlbimin şifası, qəm və qüssəmi aparan qərar ver. İlahi! dilimi Quran oxumaqla zinətləndir. Onun səbəbi ilə sifətimə nuraniyyət bəxş et. Bədənimi onun itaət yolunda güclü et. Ondan faydalanmaqla mənim elmimi artır. Gecə və gündüz Quran oxuyub, sənə itaət etməkdə məni müvəffəq et, və məni Peyğəmbərin Həzrət Məhəmmədlə (s.ə.v.v.) və onun seçilmiş əhli-beyti ilə məhşur et.
Həzrət İmam Rzadan (ə) nəql olunan hədisdə həzrət buyurur: Hər kəs Bismillah kələməsini deyə, bu, gözün qarasından ağına yaxın olan kimi İsm Əzəmə çox yaxındır. İbn Əbbasdan belə nəql olunub. Müəllim uşağa deyəndə ki, de Bismillahir-rəhmanir-rəhim və o desə, Allah o uşağın özü ata-anası və müəllimi üçün Cəhənnəm odundan amanda olmaqlarını yazır. İbn Məsud deyir: Hər kəs istəyirsə, Allah onu Cəhənnəmin on doqquz cür odundan nicat versin, Bismillahir-rəhmanir-rəhim desin. Çünki, bu cümlə də on doqquz hərifdən ibarətdir. Allah hər bir hərfi bir odun şöləsinə sipər qərar verəcəkdir.
İmam Sadiqdən (ə) nəql olunan hədisdə Həzrət buyurub: Allah bunları öldürsün, axı necə Quranın böyük ayələrini oxumağı bidət surəsi (dində qondarma) hesab edirlər? Yəni “Bismallihir-rəhmanir-rəhim”i.
****
Dostları ilə paylaş: |