Гур`анла мүалиҹӘ


“Təlaq” və “Təhrim” surəsi



Yüklə 1,02 Mb.
səhifə56/97
tarix02.02.2022
ölçüsü1,02 Mb.
#114162
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

Təlaq” və “Təhrim” surəsi

İmam Sadiq (ə) buyurdu: Hər kəs özünün gündlik vacibi namazlarında Təlaq və Təhrim surəsini oxusa, əgər o Qiyamət günündə qorxan və qəmli olan kəslərdən olsa, Allah onu öz pənahında saxlayar, onu Cəhənnəm odundan əfv olunar və, onun zərər vericilərindən amanda qalar. Allah bu iki surəni oxuduğuna və onları qoruduğuna görə onu Behiştə aparar, çünki bu iki surə Peyğəmbərə (s.ə.v.v) məxsusdur.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Təlaq surəsini oxusa, Allahın Rəsulunun (s.ə.v.v) milləti kimi dünyadan köçmüşdür.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: "Ya əyyuhən Nəbiyyi limə tuhərrimu ma əhəlləllahu ləkə." Allah Təhrim surəsini oxuyan şəxsə nəsihətli tövbə əta edər.

Məhəbbətli olmaq və borcları ödəmək üçün bu ayəni iyirmi bir dəfə oxu.

"Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən. Və yərzuqhu min həysu layəhtəsibu və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi. Qəd cəələllahu likulli şəyin qədrən." (Təlaq-3)

Yuxarıdakı ayəni (yaxud surəni) (Təlaq-3) rizq və ruzinin bol olmasına xatir üç dəfə oxuyun.

Pəncşənbə günü qüsul edib, dəstəmaz alıb, xəlvət yerdə iki rük‎ət hacət namazı qılsın yüz dəfə salvat göndərdikdən sonra Təlaq surəsinin 3-cü ayəsini "Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən. Likulli şəyin qədrən" yüz əlli doqquz dəfə üzünü qibləyə tutub oxusun. Bu namazı qırx gün dalbadal qılsın, və hər namazdan sonra yüz dəfə salavat göndərməklə, Allaha yalvarmaqla Allahdan öz hacətini tələb etsin, inşaallah qəbul olunar. Sonuncu namazında yəni qırxıncı gün bu ayəni yüz yetmiş doqquz dəfə desin. Bu ayə qırx gün ərzində 380-dəfə oxumalıdır.

Giriftarçılığı aradan qaldırmaq üçün bir həftə, hər gecə işa namazından sonra aşağıdakı deyilən keyfiy-yətdə oxusun iki rükət namaz qılsın, Hər bir rükətdə bir dəfə həmdi, "Və mən yəttillahə….. likulli şəyin qədrən." (Təlaq) ayəsini isə iyirmi beş dəfə oxusun.

Yuxarıda deyilən ayəni (Təlaq-3) belə xətm etsəniz, yaşayışın yaxşılaşması üçün faydalıdır. Ayın əvvəlində pəncənşənbə günündən 359 dəfə oxusun, bir kəslə danışmayıb xətmi oxuyub qurtardıqdan sonra desin "Ya fəttah. Ya rəzzaq. Ya vasi."

Hər gün bu ayəni (Təlaq-3) "Vəmən yəttəqillahə likulli şəyin qədrən" üç dəfə oxusa, əvvəlində və sonunda salavağ göndərsə, ruzisinin artmasına bağlı kilidlərin açılmasına səbəb olar. (təcrübə olunub).

Hər kəs bu surəni ilan sancmışa yaxud əsəb xəstəliyinə düçar olmuşa oxusa, şifa tapar.

Yuxulamayan bir kəs bu surəni hər gün bir dəfə oxusun. Hər kəs məhəbbət niyyəti ilə yaxud borcu ödəmək üçün bu surəni iyirmi bir dəfə oxusa, çox tə‎sir olar, ruzinin bol olmasına xatir onu üç dəfə oxusun.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin