“Kəvsər” surəsi
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs vacib və müstəhəbbi namazlarında "İnna ətəynakəl-Kəvsər" surəsini oxusa, Allah Qiyamətdə onu Kəvsər hovuzundan sirab edər və o Nəbiyyi-Əkrəmlə (s.ə.v.v) tuba ağacının altında bir məclisdə olar.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə belə yazılıb. Bir kəs Kəvsər surəsini oxusa, Allah onu Behişt çaylarından sirab edər və bəndələrin qurban bayramı günü qurbanlıq etdikləri qurbanların, kitab əhlinin və müşriklərin qurban etdiklərin hər qurbanın sayı qədər, ona savab əta edər.
Deyirlər ki, bir kəsi özündən uzaqlaşdırmaq istəyirsənsə, Kəvsər surəsini doqquz dəfə oxu və ona tərəf üfür, öz ixtiyarı ilə yolunu dəyişib gedəcəkdir.
Varlı və qüdrətli olmaqdan ötrü Qadir və mütəal Allaha onu varlı və sərvət sahibi etsin, niyyəti ilə iki rükət hacət namazı qılıb, çahar şənbə günü (üçüncü gün) qırx dəfə Kəvusər surəsini oxusun.
Dostları ilə paylaş: |