“Tur” surəsi
İmam Sadiq (ə) və imam Baqir (ə) buyurdular: Hər kəs Tur surəsini oxusa, Allah ona dünya və axirət xeyrini əta edər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tur surəsini oxusa, Allah onu öz əzabından amanda saxlayar, və Behiştində ona nemət verər. Cübəyr ibn Mətəmdən rəvayət olunub o deyir ki, Allahın Rəsulundan (s.ə.v.v) gün batan çağı Tur surəsini oxuduğunu eşitdim.
Əgər məhbus (zindanda) Tur surəsini daim oxusa, həbsdən azad olar.
“Nəcm” surəsi
İmam Sadiq (ə) buyurdu: Hər kəs və gündüz Nəcm surəsini oxumağı davam etdirən kəs, xalq arasında əziz olub abırla yaşayar, və günahları bağışlanar.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Nəcm surəsini oxusa, mənə iman gətirən və məni inkar edən kəslərin sayı qədər həsənə veriləcək.
Bu surəni hər kəs gecə və gündüz oxuyan kəsin yaşayışı bəyənilmiş olar. Hər hacətin qəbul olmasına xatir, bir məclisdə bu surəni iyirmi bir dəfə oxusa, inşallah hacəti qəbul olunar.
Dostları ilə paylaş: |