Гур`анла мүалиҹӘ



Yüklə 1,02 Mb.
səhifə54/97
tarix02.02.2022
ölçüsü1,02 Mb.
#114162
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

Səf” surəsi


(İsanın (ə) həvariyyunu)
İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs gündəlik vacibi və müstəhəbbi namazlarında Səff surəsini daim oxusa, Allah onu mələklərin və Mürsəl Peyğəmbərin sırasında yazar, inşallah.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İsanın (ə) (Səff) surəsini oxusa, nə qədər ki Həzrət İsa (ə) dünyadadır ona salavat və salam göndərib onun üçün bağışlanmaq tələb edər. Bundan əlavə o Qiyamətdə də Həzrət İsanın (ə) dostu olar. (Musəlmanların əqidəsinə görə İsa (ə) ölməmişdir).



Cümə” surəsi

İmam Sadiq (ə) buyurdu: Bizim davamçılarımızdan sayılan mö‎min şəxsin vacibatlarından biri də budur ki, cümə surəsini, ikinci rükətində isə səbbihismə rəbbikəl əəla surəsini oxusun. Cümə gününün zöhr namazının birinci rükətində cümə surəsini, ikinci rükətində isə münafiqun surəsini oxusun. Beləliklə əgər belə edərsə, elə bil ki, Allahın Rəsulunun (s.ə.v.v) əməlini yerinə yetirmiş və Allah dərgahında onun savabı, dəyəri Behiştdir.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Cümə surəsini oxuyan şəxsə, müsəlman şəhərlərində iştirak edən və yaxud iştirak etməyən kəslərin sayı qədər on həsənə yazılar.

Hər kəs sübh və şam Cümə surəsini oxusa, lənətlənmiş Şeytan rəcimin vəsvəsəsindən aman qalar.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin