“Haqqə” surəsi
İmam Baqir (ə) buyurdu: əl-Haqqə surəsini çox oxuyun. Çünki onu vacibi və müstəhəbbi namazlarda oxumaq, Allaha və Rəsuluna iman nişanələrindəndir. Ondan əlavə bu surə Əmirəl-möminin (ə) və düşməni Muaviyə barəsində nazil olmuşdur. Onu oxuyan Allahın hesab gününü görən vaxta qədər dinsiz olmaz. (Haqqə vacibut-Təhqiq etibarı ilə Qiyamət adlarındandır.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs əl-Həqqə surəsini oxusa, Allah onun hesabını asan tutacaqdır.
Hər kim bu surənin əvvəlindən on bir ayə oxusa, Qiyamət günündə bu surə bir nur olar və onu başdan ayağa bürüyər uşaq dünyaya təzə dünyaya göz açdıqda bu surəni yuyub ona versəniz çox hafizəli olar, və Şeytanın şərr-indən amanda qalar.
Bu surəni yazıb və suyunu uşağa içirsəniz, həmin saatdan o bəlalardan və Şeytandan qorunar.
Hər kəsin şiddətli qızdırması olsa, Ləyl surəsini yazıb, yuyub, suyunu içsə, şəfa tapar.
Dostları ilə paylaş: |