“Əla” surəsi
İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Səbbih-ismə rəbbikəl Əla" surəsini oxusa, Qiyamət günüdə ona deyərlər: Behiştin hər hansı qapılarının birindən Allahın köməyi ilə daxil ol.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Əəla surəsini oxusa, Allah Həzrət İbrahimə (ə), Musaya (ə) və Məhəmmədə (s.ə.v.v) nazil etdiyi hər bir hərfin sayı qədər ona həsənə əta edər. Əli İbn Əbitalibdən (ə) nəql olunub ki, Allahın Peyğəmbəri (s.ə.v.v) bu surəni sevərdi. Həzrət buyurdu: İlk dəfə "Subhanə rəbbiyəl Əla" sözünü deyən Həzrət Mikail olub.
İbn Əbbasdan rəvayət olunub ki, o belə dedi: İslam Peyğəmbəri (s.ə.v.v) "Səbbihismə rəbbikəl Əla"-nı oxuyanda buyurardı: "Subhanə rəbbiyəl Əla." Həmçinin Həzrət Əlidən (ə) ibn Əmrdən, ibn Zubeyrdən də rəvayət olunub ki, Həzrət Peyğəmbər belə edərdi. Cuvəbir Zəhhakdan rəvayət rəvayət edib ki, o belə deyirdi: Hər kəs Əla surəsini oxusa, elə isə bunu etsin, yəni "Subhanə rəbbiyəl Əla" desin.
Əbi Bəsir imam Sadiqdən (ə) rəvayət edib. Hər kəs vacibi və müstəhəbbi namazlarında "Səbbih ismə rəbbikəl Əla" surəsini oxusa, ona deyilər ki, Qiyamətdə Behiştin hər hansı qapısından istəyirsən daxil ol.
Əyyaşi öz sənədinə əsasən Əbi Xəmisədən o da Əlidən (ə) rəvayət edib dedi: Mən iyirmi gecə Əlinin (ə) arxasında namaz qıldım. O Həzrət "Səbbihismə rəbbikəl Əla" surəsindən başqa surəni oxumazdı. Əgər bu surədə nə qədər fəzilət olduğunu bilsəydilər, hər bir kişi gündə onu iyirmi dəfə oxuyardı. Əlbəttə hər kəs onu oxusa elə blki, Musa (ə) və İbrahimin (ə) səhifələrini oxumuş və öz əhdinə vəfa etmişdir (Öz övladını qurbanlıq etməkdə) Əqəbə ibn Amir Cəhənidən rəvayət olunub, o belə dedi: "Fəsəbbih bismi rəbbikəl əzim" ayəsi nazil olanda Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Onu rukuda oxuyun. Elə ki "Səbbih ismə rəbbikəl Əla" ayəsi nazil oldu, Həzrət buyurdu: Onu səcdədə oxuyun.
Dostları ilə paylaş: |