Гур`анла мүалиҹӘ



Yüklə 1,02 Mb.
səhifə78/97
tarix02.02.2022
ölçüsü1,02 Mb.
#114162
1   ...   74   75   76   77   78   79   80   81   ...   97

Ləyl” surəsi

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Allah Ləyl surəsini oxuyan kəsə o qədər nemət əta edər ki, o razı qalar, və onu yoxsulluqdan çıxardıb varlılığı onun üçün asanlaşdırar .

Cabir ibn Həmzədən nəql olunub ki, Allahın Rəsulu (s.ə.v.v) Zöhr və əsr Vəlləyli iza yəqlia və onun kimi [Şəms, Zuha, Ələm Nəşrəh] surələri oxuyardı.

Hər kəs Ləyl və Şəms surəsinin hər birisini yeddi dəfə üç gecə dalbadal oxusa, və sonra otuz dəfə bu duanı "Vəla həvlə vəla quvvətə illa billahil əliyyil əzim," inşaallah hacəti qəbul olunar. (Çox təcrübə olunub.)

Qırx gecə və hər gecədə qırx dəfə Ləyl surəsini oxusun. "Və ma liəhədin indəhu min nemətin tucza." ayəsinə çatanda onu üç dəfə oxusun, və sonra surəni sonuna qədər oxusun. Bu minval ilə oxumağın qələbələrə və çoxlu mal əldə etməyə güclü təsiri vardır.

Hacətinin qəbul olunmasına xatir yatan zaman bu surəni yeddi dəfə oxusun.

Bu surəni oxuyub davam etdirməklə həbsxanadan azad olmasına təsir edər.

Hər kəsin qızdırması olsa, Ləyl surəsini yazıb suyunu ona içirtsəniz şifa tapar.

Kəfhəmi «Bələdul-əmin» kitabında və Şeyxlər (alimlər) öz kitablarında yazıblar ki, əgər bir kəsin qarşısına müşkül çıxsa, və ondan yaxa qurtara bilməsə, pak bədənlə pak yatağa girsin, (lakin həyat yoldaşı ilə birlikdə yatmasın) yeddi dəfə də Ləyl surəsini oxusun. Ondan sonra yalvara-yalvara Allahdan belə istəsin.

"Allahumməcəl li min əmri fərəcin və məxrəcən."

Birinci ya, üçüncü ya beşinci, ya da yeddinci gecə də bir şəxs onun yuxusuna gəlib onun müşkülünün həllində ona kömək edəcəkdir. Allahu ələm.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin